SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Qazaxın 4 kəndi ermənipərəst qüvvələrin bölgədə aktivliyi fonunda azad edildi

Qazaxın 4 kəndi ermənipərəst qüvvələrin bölgədə aktivliyi fonunda azad edildi

Tarix:

23-04-2024, 11:30

/ 248 dəfə oxundu.
Qazaxın 4 kəndi ermənipərəst qüvvələrin bölgədə aktivliyi fonunda azad edildi

Prezident İlham Əliyevin hər bir addımı yeni bir zəfər, yeni bir nailiyyətdir. Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi bu böyük həqiqətin növbəti təsdiqidir.
Sözügedən kəndlərin azad edilməsi Azərbaycanın ərazi bütövlüyünü bərpası, tarixi torpaqlarımızın bərpası istiqamətində atılan mühüm tarixi addımdır. Qazaxın Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin bir güllə belə atılmadan, danışıqlar yolu ilə azad edilməsi diplomatiyamızın, Prezidentimizin tarixi uğuru, tarixi qələbəsidir. Bu, həm də ərazi bütövlüyümüzün bərpası istiqamətində atılan mühüm addımlardan biridir.
Prezident İlham Əliyevin Azərbaycan xalqına yaşatdığı bu uğur bir daha göstərdi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi torpaqlarımızın geri qaytarılmasında, xalqımızın illərlə pozulan hüquqlarının sona qədər bərpasında qətiyyətlidir və bu məsələdə heyrətamiz prinsipiallıq, səy və enerji sərgiləyir. Bu tarixi qələbə həm də onu göstərir ki, Prezident İlham Əliyevin hər zaman dediyi kimi, xalqımız ona məxsus olan torpaqların bir qarışısından belə imtina etməyəcək, bu məsələdə kimsəyə güzəşt olunmayacaq.
Onu da qeyd edim ki, bir neçə gün bundan öncə Azərbaycandakı Rusiya sülhməramlılarının ölkəmizdən çıxarılması ilə bağlı Bakı ilə Moskva arasında razılıq əldə olundu. Bu, Prezident İlham Əliyevin siyasi strateq kimi böyüklüyünə dəlalət etməklə yanaşı, Azərbaycanla Rusiya arasında tarixi dostluq münasibətlərinin, səmimi əməkdaşlıq ruhunun yüksək səviyyədəki mövcudluğunu sübut etdi. Bu razılaşma bir daha sübut etdi ki, Azərbaycanla Rusiya arasında nəinki hər hansı anlaşılmazlıq yoxdur, əksinə, iki ölkə arasıdna qarşıqlıqlı anlayış və əməkdaşlığa əsaslanan sağlam əlaqələr mövcuddur.
Qazaxın 4 kəndinin geri qaytarılmasının tarixi-siyasi əhəmiyyətini artıran digər bir reallıq isə bu uğurun bölgədə gərginlk yaratmaq istəyən beynəlxalq güclərin aktivliyi şəraitində əldə edilməsidir:
Bildiyiniz kimi, 44 günlük Vətən müharibəsindən sonra bir sıra beynəlxalq güclər, eləcə də Fransa bölgədə vəziyyəti yenidən gərginləşdirmək, yeni qarşıdurma yaratmaq istiqamətində məkirli addımlar atır, siyasi təxribatlara yol verirdi. Bu təxribatlar bu gün də davam edir. Bizim üçün xüsusilə qürurvericidir ki, Prezident İlham Əliyev Qazaxın erməni işğalındakı 4 kəndini məhz belə bir ortamda – ermənipərəst qüvvələrin bölgədə aktivliyi fonunda azad etdi. O, bununla bir daha sübut etdi ki, regionda əsas söz sahibi Azərbaycandır və kimin nə deməyindən asılı olmayaraq, Azərbaycan dövləti öz maraqlarını qətiyyətlə müdafiə edəcək, qarşısına qoyduğu hədəflərə nail olacaqdır.
Mən bu böyük qələbə münasibıətilə Azərbaycan xalqını təbrik edir, bütün veteranlar adından Müzəffər Ali baş Komandana öz təşəkkürümü bildirirəm! 
 
   Cəlil Xəlilov - Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik 
 
 
 
 

Şərhlər

XƏBƏR LENTİ