SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Azərbaycanın Zəfər salnaməsi davam edir

Azərbaycanın Zəfər salnaməsi davam edir

Tarix:

23-04-2024, 11:29

/ 167 dəfə oxundu.
Azərbaycanın Zəfər salnaməsi davam edir

 
Bu günlərdə xalqımız qələbə soraqlı yeni bir şad xəbər eşitdi. Uzun müddət idi Ermənistanın işğalında olan Qazax rayonunun 4 kəndi bir güllə atılmadan, şəhid vermədən azad edildi. Artıq Ermənistan Azərbaycan Ordusunun, onun Ali Baş Komandanı İlham Əliyevin gücünə, qüdrətinə, “Dəmir yumruğu”na bələddir. 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Tovuz əməliyyatında, 2020-ci ildə cəmi 44 gün davam edən Vətən müharibəsində və 2023-cü ildə Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirlərində düşmənə elə bir dərs verildi ki, onlar bunu heç zaman unutmayacaqlar. Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələri qarşısında qorxaqlığının, gücsüzlüyünün və acizliyinin növbəti nümunəsinə bir neçə gün əvvəl Qazaxın 4 kəndinin azad edilməsində şahid olduq. Buna həm də Ermənistanın havadarları, o cümlədən dünya birliyi də şahidlik etdi.
 Prezident, Müzəffər Ali Baş Komandanın növbəti zəfəridir.   2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və iki ölkənin dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşünün keçirildi. Tərəflər razılaşıblar ki, onlar delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaqlar. Həmçinin həmin baza prinsipini Əsasnamə layihəsində təsbit etmək barədə razılığa gəlinib. Tərəflər Əsasnaməni təsdiq etdikdən sonra növbəliliyi razılaşdırmaq və sərhədin bütün digər hissələri, o cümlədən anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər. Görüşün nəticəsində protokol imzalanıb.
2020-ci ildən etibarən qeyri-anklav kəndlərimizin işğaldan azad edilməsi məsələsi daim diqqətdə saxlanılıb. Bu istiqamətdə tədbirlər davam etdirilir, torpaqlarımzın düşməndən tamamilə təmizlənməsi prioritet məsələ kimi diqqətdə saxlanılırdı. Son hadisələr də təsdiqləyir ki, görülən işlər öz bəhrəsini verdi. Təbii ki, 4 qeyri-anklav kəndin bir güllə atılmadan, qan tökülmədən Azərbaycana qaytarılması Prezident, Ali Baş Komandan İlham Əliyevin növbəti qələbəsidir. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat imzalanandan sonra Ağdam, Laçın və Kəlbəcər rayonları bir güllə atılmadan, qan tökülmədən işğaldan azad edilmişdi. Söz yox ki, həmin vaxt erməni vəhşiliyi bir daha özünü göstərmişdi. İşğalçılar Azərbaycana məxsus yaşayış məntəqələrini tərk edəndə qisaslarını sahibsiz evlərdən, kənd və qəsəbələrdən, təbiətdən almışdılar.
Onlar evləri yandırır, meşələri məhv edirdilər. Lakin Azərbaycan bu dəfə də səbr, təmkin nümayiş etdirdi. Çünki bilirdik ki, həmin əraziləri qısa vaxtda bərpa edəcəyik. Ölkəmizin iqtisadi gücü bunu deməyə əsas verirdi. Elə də oldu. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələri əsasında qısa vaxt ərzində həmin ərazilərimizdə xariqələr yaradıldı. İşğaldan azad edilmiş ərazilərdə start götürən sürətli yenidənqurma, tikinti-bərpa işləri Qarabağı əvvəlkindən də cazibədar edib. Bunu həmin ərazilərə gedən diplomatlar, ekspertlər və dünyanın aparıcı media nümayəndələri də təsdiqləyir.
Ermənistan Fransa kimi işğalçı ölkənin havadarlığı ilə münaqişəni yenidən başlamaq istəyirdi. Hətta revanşist qüvvələr də baş qaldırmışdı. Ancaq 2023-cü ildə Qarabağda aparılan antiterror tədbirləri separatçı rejimin kökünü birdəfəlik kəsdi. Bundan sonra quldurlar bir-birinin ardınca həbs olundular. Azərbaycan Cənubi Qafqazda lider ölkə, dünyada 50 ən güclü ordusu olduğunu nümayiş etdirdi.
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılmasını dövlətimizin və Prezident İlham Əliyevin növbəti qələbəsidir. Ümumiyyətlə, 44 günlük müharibədə möhtəşəm qələbə, 2023-cü ilin sentyabrında suverenliyin tam bərpası, rusiyalı sülhməramlıların bölgədən çıxmasından sonra 4 qeyri-anklav kəndin qaytarılması Azərbaycan torpaqlarını addım-addım, qarış-qarış gəzən qalib dövlət başçısının xalqa növbəti hədiyyəsi və müjdəsidir. 
Dövlət başçısı İlham Əliyev qeyri-anklav kəndlərin qaytarılması məsələsini 2020-ci ildən qaldırmışdı və bu müddət ərzində mövzu daim gündəlikdə saxlanıldı. Bu istiqamətdə ardıcıl işlər isə davam etdirilirdi. Əldə olunmuş razılıq delimitasiya istiqamətində atılan ilk addımdır. Delitimasiyanın məhz bu istiqamətdən başlaması Azərbaycanın təkidi ilə oldu.
 
 Türkan Cümşüdova – YAP üzvü
 

Şərhlər

XƏBƏR LENTİ