SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Cavid Qurbanov şəhid anasının işə qaytarılmasına göstəriş versə də... - ŞİKAYƏT

Cavid Qurbanov şəhid anasının işə qaytarılmasına göstəriş versə də... - ŞİKAYƏT

Tarix:

25-07-2017, 12:35

/ 65 380 dəfə oxundu.
Cavid Qurbanov şəhid anasının işə qaytarılmasına göstəriş versə də... - ŞİKAYƏT

Azərbaycan Ordusunun ötən il aprel ayında ermənilərə divan tutması, 23 ildən artıq müddətdə işğal altında saxladıqları ərazilərimizidən qovub çıxarmaları tariximizə şanlı qələbə kimi həkk oldu. Artıq işğalçı Ermənistan dövlətinə bəlli oldu ki, daha Azərbaycan Ordusunun qarşısında davam gətirə bilməyəcək.
Silahlı Qüvvələrimizin bu qəhrəmanlığından sonra 1994-cü ildən işğaldan azad edilmiş, lakin bu günə qədər yaşamağın təhlükəli olduğu Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə artıq qayıdışın əsası qoyuldu. Ölkə Prezidentinin sərəncamı ilə Cocuq Mərcanlıda hər cür şəraiti olan evlər, məktəb, uşaq bağçası və mədəni obyektlər tikilib, rahat yol çəkilib. Artıq 50 sakin rahat mmənzillərdə yaşayır. Nəzərdə tutulub ki, 1994-cü ildə bu kəndi düşməndən azad edərkən böyük mərdlik göstərən və şəhid olan 6 kəşfiyyatçıya xatirə kompleksi də qoyulsun Həmin şəhidlərdən-Cocuq Mərcanlının ilk şəhidlərindən biri də Rzayev Faiq Hüseynağa oğludur. İki il əvvəl Faiq Rzayev Azərbaycan Prezidentinin sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilib. Yasamal rayonundakı 150 nömrəli tam orta məktəb şəhid Faiq Rzayevin adını daşıyır. Məktəbin qarşısında isə şəhidin büstü qoyulub.
İndi Cocuq Mərcanlıda həyat qaynayır. Daha 100 evin tikintisi üçün vəsaiy ayrılıb. Bu gün Cocuq Mərcanlıda həyatın davam etməsi yolunda həyatını qurban vermiş şəhid Faiq Rzayevin anası Ruxsarə Məmmədova 33 ildən artıq işlədiyi Azərbaycan Dəmir Yolları Qapalı Səhimdar Cəmiyyətindən uzaqlaşdırılıb. Səbəbi də bu olub ki, guya Ruxsarə Məmmədovanın pensiya yaşı çatıb. Bu xanımın 61 yaşı var.
Təəccüblüsü də odur ki, şəhid anasına “pensiya yaşın çatdığına görə işdən azad olunursan” –deyən Bakı Sərnişin Vağzalının rəisi İlyas Məmmədovun 72 yaşı var.. Rəis özü fikirləşmir ki, onun 72 yaşı var, ancaq hələ də tutduğu vəzifəsində qalır. Şəhid anasını, oğlu Vətən yolunda canını qurban vermiş ananı isə işdən azad edir. Halbuki, Azərbaycanda bütün sahələrdə hər bir kəsin 65 yaşına qədər işləmək hüququ var.
Şəhid anasının işdən azad edilməsi barədə 4 ay əvvəl Azərbaycan Dəmir Yolları QSC-nin rəisi, Milli Məclisin deputatı Cavid Qurbanova məlumat çatdırılan kimi, o, şəhid anasının işlə təmin olunması barədə göstəriş verdi. Hətta Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşıma İstehsalat Birliyinin rəisi Elyar Muradov da şəhid anasını qəbul etmiş və demişdir ki, narahat olmayın, sizi işlə təmin edəcəyik. Təəssüf ki, bu günə qədər şəhid anası işsiz dir. Əslən Cəbrayıl rayonundan olan Elyar Muradov nədənsə , unudur ki, Rüxsarə Məmmədovanın oğlu Cəbrayıl rayonunn Cocuq Mərcanlı kəndinin azadlığı uğrunda şəhid olub. Söz yox ki, Azərbaycanın hər qarışı bizim üçün doğma və əzizdir. Hər qarış torpağımız uğrunda canımızı qurban verməyə hazırıq. Ancaq Elyar Muradov unutmamalıdır ki, Ruxsarə Məmmədovanın oğlu məhz Cəbrayıl rayonunda şəhid olub....
Yəni, doğurdanmı bəzi məmurlar bu qədər laqeyd olublar ki, şəhid anasına qarşı saymazyana münasibət göstərirlər? Şəhidlər heç vaxt unudulmur.
İnqanırıq ki, hörmətli Cavid müəllimin tapşırığına ögey münasibət bəsləyərək, şəhid anasını içsiz qoyan məmur layiqli cavabını alacaq və Cocuq Mərcanlının ilk şəhidinin anası işlə təmin olunacaq.

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ