Onkoloq xərçəngə səbəb ola biləcək qidalardan danışıb
Yağlı qidalar və meyvə-tərəvəz çatışmazlığı, piylənmə və aktivliyin olmaması, həmçinin siqaret və alkoqoldan sui-istifadə xərçəng xəstəliyinə tutulma riskini artırır.
Bu barədə onkoloq, Rusiya Onkoloji Mərkəzin ambulator şöbəsinin müdiri, t.ü.f.d. Ruslan Basanov danışıb.
“Yağlı, qızardılmış qidalar, qırmızı ətin çox istehlakı, meyvə, tərəvəz və taxılların kifayət qədər qəbul edilməməsi qida borusu, düz bağırsaq, mədə və digər orqanların xərçəngi riskini artıra bilər. Rasionda meyvə və tərəvəzlərin olmaması da xərçəngdən qorunmağa kömək edən vitamin və antioksidantların çatışmazlığına səbəb ola bilər. Artıq çəki və piylənmə döş, böyrək, qaraciyər, mədəaltı vəzi və bağırsaq xərçəngi də daxil olmaqla bir neçə növ xərçəngin inkişaf riskinin artması ilə əlaqələndirilir”, - deyə həkim xəbərdarlıq edib.
Basanovun fikrincə, siqaret çəkmək ağciyər, ağız, boğaz, yemək borusu və sidik kisəsi xərçəngi, alkoqollu içkilər isə qida borusu, qaraciyər, boğaz və döş xərçəngi üçün mühüm risk faktorudur. Alkoqol və nikotinin eyni vaxtda istifadəsi onların kanserogen təsirlərinin qarşılıqlı artmasına səbəb ola bilər.
“Bağırsaq, döş və digər xərçəng növləri fiziki fəaliyyətin olmaması ilə əlaqələndirilir, günəşdən və ya solyaridən gələn ultrabənövşəyi şüalara həddindən artıq məruz qalma dəri xərçənginə səbəb ola bilər. Xroniki stress, yuxusuzluq və ətraf mühitin çirklənməsi də xərçəng riskini artırır”, - onkoloq vurğulayıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək