“Expargo”dan şikayətlər artır: “Sifarişləri qəsdən itirib, özlərinə götürürlər” - FOTO
Son zamanlar müştərilərin Azərbaycanda fəaliyyət göstərən “Expargo” adlı karqo şirkətindən şikayətləri artıb.
“Unikal”ın məlumatına görə, müştərilər öz şikayətlərini “Expargo”nun “Facebook” səhifəsində etdiyi paylaşımların rəy bölümündə bildiriblər. Müştərilərin bir qismi sifariş etdikləri məhsulların itdiyi, onlara gəlib çatmadığını qeyd ediblər. Bəzi müştərilər isə karqo şirkətinin telefonlara və mesajlara cavab vermədiyini bildirirlər.
Sifarişçilərdən biri isə qeyd edib ki, sözügedən karqo şirkəti malları qəsdən itirb, özlərinə götürürlər.
Ümumiyyətlə, əksər müştərilər “Expargo”dan sifariş etdikləri zaman problem yaşadıqlarından şikayətləniblər.
“Expargo” isə şikayətləri cavabsız qoyub.
Qeyd edək ki, adıçəkilən karqo şirkəti Türkiyə və Amerikadan məhsulların çatdırılmasını həyata keçirir.![]()
![]()
![]()
![]()
![]()

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək