XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Süleyman Mikayılov Qarabağ əlilini incidir... - "Bədənimdə qəlpə gəzdirirəm..."

Süleyman Mikayılov Qarabağ əlilini incidir... - "Bədənimdə qəlpə gəzdirirəm..."

Süleyman Mikayılov Qarabağ əlilini incidir... - "Bədənimdə qəlpə gəzdirirəm..."
21-07-2017, 10:08

"Bir il əvvəl icra hakimiyyəti işçilərinin tikintiyə görə məndən rüşvət istəmələrindən şikayət etdim. Şikayətçi çox idi, icra hakimiyyətinin bir neçə işçisi cəzalandırıldı. Hətta bir-iki nəfər də işdən çıxarıldı. Yeni işçilər gəldi, ancaq bundan məni kimi yetimlərə nə? Mən ki hələ də evimi tikə bilmirəm. Niyə? Çünki rüşvət tələbi qüvvədədir. Rüşvət verməyənə ev tikintisinə imkan verilmir”.Bunu fərdi yaşayış evi tikmək üçün hər bir sənədi qaydasında olduğunu iddia edən Qaradağ rayon sakini Natiq İsmayılov deyir.

Natiq İsmayılovun sözlərinə görə, 4 ildən çoxdur bu əziyyəti çəkir – rüşvət vermir deyə, sənədli-sübutlu torpağında sənədli-sübutlu tikinti apara bilmir. Hər dəfə daşı daş üstünə qoyanda əraziyə tökülüb gələn icra hakimiyyəti işçiləri onu beləcə hədələyir – gəl başçını gör, sonra tik, yoxsa sökərik ha...”. Natiq İsmayılovun da əli-qolu yanına düşür. Və 4-cü ildir ki, beləcə ötüb keçir - aldığı torpağın üzərinə alıb tökdüyü quma, daşa tamaşa edə-edə...

“Torpağım Lökbatandadır. Deyirəm, ay insafsızlar, onsuz da hamıdan alırsınız, heç olmasa, şikəstdən, yetimdən almayın. 2-ci qrup Qarabağ əliliyəm, bədənimdə qəlpə gəzdirirəm. Ailəm, azyaşlı uşaqlarım onun-bunun qapısında yatıb-durur. Tikintiyə başlamağa bütün sənədlərim var. Sənədləri təqdim edəndə, açıb arasına baxırlar, pul yoxdusa, heç sənədləri araşdırmırlar, eləcə özümə qaytarırlar. Torpaq aldığım və ev tikintisinə mənə süni əngəllər yaradan qurumun rəhbəri ilə görüşə bilmirəm. Gör nə aləmdirsə, başçı vətəndaşı qapıya da yaxın buraxmır. Dəfələrlə dəhlizdə başçının otağına tərəf qaçmışam, gəlib sürüyüb atıblar çölə. Guya başçı otağında quraşdırılmış monitordan müşahidə kameraları ilə dəhlizlərdə nə baş verdiyini görmür?”.

Əlil deyir, bir neçə gün əvvəl Lökbatan qəsəbə icra nümayəndəsi Oqtay Sadıqov onunla telefonda danışıb və bildirib ki, nəhayət, başçı tikintiyə razılıq verib. O, sonuncu dəfə sənədlərə baxış keçirilməsi üçün Natiq İsmayılova icra hakimiyyətinin memarlıq şöbəsinə yaxınlaşmasını təklif edib. Natiq İsmayılov da deyilən vaxtda sıənədlərdən ibarət qovluğu da qoltuğuna vurub quruma gedib. Ancaq bu dəfə də, əvvəllər olduğu kimi, ondan tikintiyə başlamaq üçün rüşvət istənilib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.