Deputat müəllimləri həbs etdirib? - ŞİKAYƏT
Bu gün bəzi KİV-lərdə Şamaxı şəhəri Cəlil Məmmədquluzadə 21 üvanında yaşayan Cəbrayılov Ağamikayıl Oruc oğlunun Sabirabad rayon Nizami kənd orta məktəbində müəllim işləyən oğlu Cəbrayılov Kazım və qardaşı, yenə kənddə müəllim işləyən Cəbrayılov Şahlar Oruc oğlunun qanunsuz həbs olunması ilə bağlı məlumatlar yayılıb.
Şikayətçilər bildirib ki, hər iki müəllimi Sabirabad rayonundan deputat Rüstəm Xəlilov və onun qardaşı, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə Təsərrüfat İdarəsinin rəisi, ədliyyə polkovniki Ağəli Xəlilov həbs etdirib.
"Hər iki məmur rayonda qoçuluq edir. Bütün güc strukturlarına təzyiq edən bu məmurlar bizim ailəmizə qənim kəsilib. Qardaşımın və oğlumun həbsindən sonra da ürəyi sakitləşməyən bu məmurlar indi də onların ailəsinə hədə-qorxu gələrək Sabirabad rayonu Nizami kəndindən köçmələrini tələb edir. Rayonda qoçuluq edən deputat Rüstəm Xəlilov qohumları vasitəsilə mesaj göndərib ki, kənddən köçməyəcəkləri tədqirdə oğlumun və qardaşımın həbsdən azad olunmasına imkan verməyəcək. Qardaşım və oğlumun ailəsi bu 2 məmurun qorxusu altında yaşayır"-deyə bildiriblər.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...