General Nizami Məmmədov və zabitlər məhkəmə qarşısında - 143 milyonluq mənimsəmə
Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədovun məhkəməsi başlayıb.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə ayrı-ayrı hərbi hissələrin maliyyə rəisləri şahid qismində ifadə verir.
Nizami Məmmədovla yanaşı zabitlər - Bayram Bayramov, Cəlal Kazımov və Vüsal Əlizadə də mühakimə olunur.
İş materiallarına əsasən, təqsirləndirilən şəxslər xidməti vəzifələrindən sui-istifadə edərək bütün qoşun növlərində maliyyə məsələlərini həll etmək və dövlət büdcəsindən ayrılmış vəsaitlərin səmərəli xərclənməsini təmin etmək əvəzinə digərləri ilə əlbir olaraq 143 milyon manat pul vəsaitini mənimsəyiblər.
Onlara qarşı Cinayət Məcəlləsinin 179.4 ( mənimsəmə-xüsusilə külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı maddələri ilə ittiham irəli sürülüb. Bu Adıçəkilən şəxslərin təqsiri sübuta yetiriləcəyi təqdirdə bu maddələrlə onları 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək