Diqqət: Qəhvə ilə konyakı qarışdırmayın
Bir çox insan qəhvəyə konyak əlavə edərək içkinin effektini ikiqat artırır.
Cərrah Aleksandr Umnov bu qarışımın ürək və böyrəklərə təsirindən danışıb.
“Belə təhlükəli “kokteyli” daha çox kişilər içir. Təsəvvür edin, 1 içkidə kofein və etanol birləşir. Bu maddələr damarlara fərqli təsir edir.
Nəticədə damar spazmı baş verir, kimin ürəyində tıxanma, damarlarında tromb varsa, miokardın işi pozulur. Eləcə də beyin və böyrəkləri yükləyir, hətta belə içkidən sonra böyrək iflası, insult və infarkt ola bilər.
Qəhvə ilə konyak gənc adamlarda ürək çatışmazlığı, aritmiya, təzyiqin yüksəlməsi, böyrək çatışmazlığı yarada bilər. Nevroloji xəstəliklərdə nevroz və təşviş pozuntusu zamanı da bu içki olmaz.
Bu zaman yuxu pozuntusu, davranış pozulması, psixozlar olur”, - Umnov qeyd edib.(Medicina)

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb