Rusiya F-16 qırıcılarından niyə bu qədər qorxur?
Müasir F-16 qırıcılarının Ukraynaya verilməsi rus işğalçılara bir çox problem gətirəcək. Onlar Ukrayna aerodromlarını vurmağa çalışacaqlar ki, bu təyyarələrin fəaliyyəti qeyri-mümkün olsun, çünki onları havada ələ keçirmək demək olar ki, mümkün deyil.
Bu sözləri hərbi pilot-təlimatçı, Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Roman Svitan deyib.
Onun sözlərinə görə, çox güman ki, Ukrayna F-16-ları radar sistemləri ilə birlikdə alacaq ki, bu da havada bu təyyarələrə qarşı müqaviməti faktiki olaraq sıfra endirəcək:
“F-16 ruslar üçün təhlükəlidir, çünki bu təyyarə düşmən təyyarələrinə, eləcə də yerüstü vasitələrə - HHM sistemlərinə qarşı istifadə oluna bilən onlarla raketdən ibarət buraxılış platformasıdır.
Xüsusilə, Krım da daxil olmaqla, Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində Rusiyanın hava hücumundan müdafiəsinə qarşı çıxmaq mümkün olacaq. Həmçinin F-16 ilə birlikdə uzaqmənzilli raket sistemləri yerləşdirilsə, düşmən təyyarələrini məhv etmək mümkün olacaq. O zaman rus pilotlar döyüş xəttinə 150-200 kilometr yaxınlaşmağa qorxacaqlar”.
O bildirib ki, düşmənə havadan bu cür təzyiq Ukrayna qoşunlarının quru bölmələrinə ən azı ön istiqamətlərdən birində fəal işləməyə imkan verəcək və quru texnikası daha sürətlə irəliləyəcək:
“Ruslar bütün bunları çox gözəl başa düşür və hesablayırlar. Təbii ki, hazırlaşırlar. Hazırlıq variantlarından biri F-16-ların nəzəri olaraq enə biləcəyi aerodromları məhv etmək və ya heç olmasa onlara çatmaqdır".

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb