Vətəndaşlar dekabrda qaz pulunun ÇOX yazıldığından ŞİKAYƏTLƏNİR, “Azəriqaz” isə... – FOTOFAKT
Son günlər bir çox abonentlər “Azəriqaz” İstehsalat Birliyindən (İB) şikayətlənirlər. Vətəndaşlar xüsusilə, dekabr ayında aylıq sərfiyyatın çox yazılmasından narazıdırlar. Abonentlərdə belə bir rəy yaranıb ki, sözügedən qurumun sayğacları aylıq sərfiyyatı əvvəlki aylara nisbətən iki-üç dəfə çox hesablayıb. Sosial şəbəkələrdə sözügedən iddia ilə bağlı kifayət qədər şərhə rast gəlmək mümkündür.
Bizim.Media-nın əməkdaşı səslənən iddialarla bağlı qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyevin fikirlərini öyrənib:
O, iddiaları təkzib edib:
“Qətiyyən belə bir problem mümkün deyil. “Azəriqaz”da hər hansı bir şəxs qələmini və ya klaviaturasını götürüb, ağlına gələn rəqəmi yazaraq kiməsə göndərə bilməz. Aylıq sərfiyyatın bazada uçotu, rəqəmləri var. Bir neçə nəfər müraciət etmişdi.
Yönləndirdik, araşdırıldı, faktlarla izah etdik ki, ümumi sərfiyyatınız bu qədərdir, onlar da razılaşdı. Sosial şəbəkələrdə bir-iki nəfər var, populist çıxışlar edirlər, xal qazanırlar”.
Qeyd edək ki, oxşar problemlə bağlı Quba rayonundan da redaksiyamıza şikayət daxil olub. Nəticə etibarilə kimin haqlı, kimin haqsız olduğunu deyə bilmərik. Ancaq vətəndaşlar tərəfindən yazılan şikayətləri, bəzi müqayisəli qəbzləri sizə təqdim edirik:![]()
![]()
![]()
![]()
![]()

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb