“Expargo” müştəriləri aldadır – İDDİA
“Expargo” karqo şirkəti bu dəfə də şikayətlərlə gündəmdədir. Şirkətin Qazax filialının müştərilərə qarşı dələduzluq etdiyi iddia olunur.
Pravda.az-a daxil olan çoxsaylı şikayətlərdə bildirilib ki, “Expargo”nun Qazax filialı müştərilərə xaricdən gətirilən malların şirkətə çatıb-çatmadığı barədə xəbərdarlıq etmir. Nəticədə, məhsulun harada olduğundan məlumatsız qalan vətəndaşa 3 gün keçdikdən sonra cərimə yazılır. Müştərilərə bildirişin göndərilməməsinin də məhz cərimə yazılması məqsədi daşıdığı iddia edilir.
Şikayətlərdə həmçinin bildirilib ki, bütün “Expargo” filiallarında iş saatı axşam 20:00-da başa çatdığı halda, Qazax filialı 16:00-da bağlanır. Təbii olaraq müştəri məhsulunu vaxtında götürə bilmir, sonda gözləmə limiti dolduğu üçün cərimə ödəməyə məcbur qalır. Vətəndaşlar qeyd ediblər ki, dəfələrlə sözgüdən filiala şikayətlərini bildirsələr də, onlara problemin baş ofisdən qaynaqlandığı deyilib.
Məsələni aydınlaşdırmaq üçün Pravda.az-ın əməkdaşı “Expargo”nun baş ofisi ilə əlaqə saxlayıb. Şirkətdən gün ərzində zəng ediləcəyi deyilsə də, saytımızla əlaqə saxlayan olmayıb.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb