SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bu il Xankəndi və Xocalı şəhəri, Kərkicahan qəsəbəsi və Turşsuya da insanlar qayıdacaqlar

Bu il Xankəndi və Xocalı şəhəri, Kərkicahan qəsəbəsi və Turşsuya da insanlar qayıdacaqlar

Tarix:

3-01-2024, 19:31

/ 192 dəfə oxundu.
Bu il Xankəndi və Xocalı şəhəri, Kərkicahan qəsəbəsi və Turşsuya da insanlar qayıdacaqlar

 
 2023-cü il ölkəmiz üçün tarixi nailiyyətlər və zəfərlərlə yadda qaldı. Xüsusilə, aprel ayında Laçın sərhəd buraxılış məntəqəsinin yaradılması ilə ərazi bütövlüyümüz, sentyabrda isə antiterror tədbirləri nəticəsində dövlət suverenliyimiz tam təmin olundu. Prezident İlham Əliyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bu məqamları xüsusi vurğuladı.
Dövlət suverenliyimizin bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacaq. Ölkə başçısının dediyi kimi, 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması təmin edilib, düşmən ordusu məhv edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda bizim Bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda növbəti məqsədin Xankəndi olacağı məlum idi. Çünki 3 il ərzində Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri nəinki yerinə yetirmədi, hətta əksinə, ölkəmizə qarşı yeni hərbi təxribatlar hazırladı və onları həyata keçirdi. Qarabağda antiterror tədbirləri nəticəsində Azərbaycanda separatizmin kökü kəsildi. Müzəffər Ali Baş Komandanımızın dediyi kimi, separatizm bizim torpağımızda bir daha baş qaldıra bilməz.
Noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradın keçirilməsi milli dövlətçilik tariximizin ən mühüm hadisələrindən biri oldu. Ərazi bütövlüyü və suverenliyimizin bərpa olunması Azərbaycan xalqının əyilməz ruhunu və yüksək mənəvi keyfiyyətlərini bir daha bütün dünyaya nümayiş etdirdi. Bu tarixi nailiyyətlər Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümündə əldə edildi. Bununla da bu dahi şəxsiyyətin ruhu şaddır. Eyni zamanda, şəhidlərimizin də ruhu şaddır. Çünki onların qanı yerdə qalmadı. Azərbaycan dövləti bu gün bütün əraziyə nəzarət edir və bunun səbəbkarları on minlərlə Azərbaycan hərbçiləridir. Azərbaycan 20 il ərzində bu günə hazırlıq görürdü, beynəlxalq hüquq müstəvisində Azərbaycanın mövqeləri möhkəmləndirilirdi.
Ermənistan bundan sonrakı mərhələdə Prezident İlham Əliyevin mesajlarından nəticə çıxarmalı, hansısa xarici qüvvələrin regionda pozuculuq planlarına alət olmamalıdır. Təcrübə göstərir ki, hər hansı təxribat cəhdləri Ermənistanın özü üçün ciddi problemlər yaradır. Ona görə də, rəsmi İrəvan nə qədər tez sülh sazişi imzalasa, onun üçün faydalı olacaq.
 Prezident İlham Əliyev xalqa təbrikində yeni müjdələr də verdi. Bu müjdə ondan ibarətdir ki, yeni qədəm qoyduğumuz 2024-cü ildə azad olunmuş bir sıra yaşayış məntəqələrinə keçmiş köçkünlərin qayıdışı təmin olunacaq.
Sevinirik ki, bu il Xankəndi və Xocalı şəhəri, Kərkicahan qəsəbəsi və Turşsuya da insanlar qayıdacaqlar. Bütün bunlar deməyə əsas verir ki, yeni qədəm qoyduğumuz 2024-cü il ölkəmiz və xalqımız üçün çox uğurlu olacaq. Bu il biz yeni-yeni müjdələrlə sevinəcəyik.
İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası
 
 
 
 

Şərhlər

XƏBƏR LENTİ