SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Son illərdə ölkəmizin həyatında bir çox önəmli hadisələr baş verib

Son illərdə ölkəmizin həyatında bir çox önəmli hadisələr baş verib

Tarix:

3-01-2024, 19:30

/ 183 dəfə oxundu.
Son illərdə ölkəmizin həyatında bir çox önəmli hadisələr baş verib

 
1993-cü ilin 15 iyununda Azərbaycana rəhbərliyi öz üzərinə götürən Ümummilli lider Heydər Əliyev 10 il ərzində Azərbaycanı olduqca böyük təhlükələrdən qurtardı, vətəndaş müharibəsinin qarşısını aldı və Azərbaycanı inkişaf yoluna çıxartdı. Bu gün isə bu siyasəti Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev davam etdirir. 21-ci əsrdə Azərbaycanın sosial, iqtisadi inkişafı, əldə etdiyi nailiyyətlər, qələbələr Prezident İlham Əliyevin adı, yorulmaz fəaliyyəti ilə bağlıdır. Prezident İlham Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri çoxşaxəlidir, misilsizdir və tarixi xidmətlərdir. Son 20 ildə Azərbaycan dövləti dünyanın əksər dövlətlərinin 100 ilə keçə bilmədiyi bir inkişaf yolu keçib. Cənab İlham Əliyevin rəhbərliyi altında biz yüksək döyüş qabiliyyəti olan bir ordu yaratdıq.
Cənab İlham Əliyevin 2016-cı ildə imzaladığı Strateji Yol Xəritəsində ölkəmizin inkişafı üçün mühüm olan məsələlər öz əksini tapdı. Heç şübhəsiz ki, bu fəaliyyətin, bu xidmətin ən mühümü torpaqlarımızın işğaldan azad edilməsi oldu. Ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsidir. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Biz yüz illərdir ki, torpaqlarımızı itirə-itirə getmişik və torpaqlarımızın işğalını anım günləri ilə xatırlamışıq. Artıq bu təqvimdə bizim Zəfər günümüz var. Bəlkə də 21-ci əsrdə Azərbaycan yeganə dövlətdir ki, hərbi qələbə paradı keçirdi və bütün bunların hamısı cənab İlham Əliyevin rəhbərliyi altında baş verdi.
Bizim siyasətimizdə sosial siyasət həmişə ön xəttədir və cənab Prezident özü də qeyd edib ki, bizim siyasətimizin mərkəzində Azərbaycan xalqı dayanır. Cənab Prezidentin fərman və sərəncamları ilə sosial müdafiənin gücləndirilməsi ilə bağlı olduqca böyük işlər görülüb, proqramlar qəbul olunub. Birinci Qarabağ müharibəsinin şəhid ailələri və qazilərinin sosial müdafiəsi həll olunub. Onların mənzil təminatı demək olar ki, başa çatıb. 2014-cü ilə qədər növbəyə duran bir nəfər də olsun şəhid ailəsi və Qarabağ qazisi yoxdur ki, mənzillə təmin olunmasın. 2014-cü ildən sonra növbəyə duranlar üçün isə yeni proqram qəbul olunub və 2025-ci ilə qədər bu məsələ də öz həllini tapacaqdır. İkinci Qarabağ müharibəsinin şəhid ailələrinin böyük bir qismi isə artıq mənzillərlə təmin olunub və proses qarşıdakı illərdə də davam edəcək.
Cənab Prezidentin sosial layihələrində, şübhəsiz ki, təhsil və tibb sahəsi həmişə öndə gedir. Təkcə onu demək kiyafətdir ki,cənab Prezident koronavirusla mübarizədə nə qədər sosial təbəqələrə həssaslıqla yanaşdı və öz xalqını sevən bir Lider olduğunu bir daha göstərdi. Eyni zamanda, cənab Prezident həm Türk Şurasının sədri, həm də Qoşulmama Hərəkatının sədri kimi BMT yə müraciət edərək koronavirusla mübarizə ilə əlaqədar xüsusi sessiya çağırılmasını təklif etdi və bu təklif də qəbul olundu. İki dəfə BMT- nin xüsusi sessiyası cənab Prezidentin məhz təklifi əsasında keçirildi. Cənab Prezident o sessiyada çıxış edərək dünyanın bəşəriyyətin taleyinə biganə qalmayan bir ölkənin və millətin lideri kimi bir daha bəşəriyyət tərəfindən sevildi və hörmətlə qarşılandı.
Qarşıdakı illərdə bizim hələ görəcək böyük işlər var. Qarabağın və Şərqi Zəngəzurun bərpası, Zəngəzur dəhlizinin açılması, bölgədə böyük sülh müqaviləsinin bağlanması və böyük iqtisadi münasibətlərin başlanması görüləcək işlərdən sadəcə bir necəsidir. Bu gün biz fəxr edirik ki, dünyada xüsusi nüfuzu olan ölkəmizin həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdıran, Azərbaycanın daxili və xarici siyasətini uğurla həyata keçirən, ölkəmizdə quruculuq-abadlıq işlərinin aparılmasında, təhsil, səhiyyə, mədəniyyət ocaqlarının yenidən qurulmasında cənab İlham Əliyevin misilsiz xidmətləri var.
 
Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru
 

Şərhlər

XƏBƏR LENTİ