İrandakı səfirliyimiz bu halda fəaliyyətini bərpa edəcək
"Azərbaycanın İrandakı səfirliyinin bağlanmasının konkret səbəbləri var. Bu, səfirliyimizə olan hücumla bağlı idi. Təhlükəsizlik məsələləri ilə bağlı qiymətləndirmələrimizə əsasən, insanların həyat və təhlükəsizliyi üçün ciddi risk var idi".
Bunu xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında deyib. Nazir bildirib ki, səfirlik məlum terror hadisəsindən sonra tam şəkildə təxliyə edilib.
Onun sözlərin görə, terror hadisəsindən sonra Azərbaycanın İrandakı səfirliyinin yenidən açılması məsələsinin İran tərəfi ilə müzakirə mövzusu olduğu sirr deyil:
"Azərbaycan tərəfinin gözləntisi ondan ibarətdir ki, məlum cinayəti törətmiş şəxs ən sərt formada cəzalandırılmalıdır. Eyni zamanda, Azərbaycanın İrandakı səfirliyinin təhlükəsizliyinə tam zəmanət verilməlidir. İranın hüquq-mühafizə orqanları müəyyən işləri yekunlaşdırıb. İran tərəfindən bizə məhkəmə prosesinin başlanması ilə bağlı tarixlər də verilib. Gözləntilərimiz həmin məhkəmə prosesinin keçirilməsi və onun nəticələri ilə bağlı olacaq. Məhkəmə prosesi və onun nəticələrindən asılı olaraq, növbəti qərar qəbul ediləcək. Qeyd etdiyim məsələlər müsbət həllini taparsa, səfirliyimizin İranda fəaliyyətinin bərpa edilməsi mümkün olacaq".

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək