SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Əlində qılınc Təzəpir məscidinə basqın edən şəxs barədə YENİ MƏLUMAT

Əlində qılınc Təzəpir məscidinə basqın edən şəxs barədə YENİ MƏLUMAT

Tarix:

17-07-2017, 12:26

/ 143 876 dəfə oxundu.
Əlində qılınc Təzəpir məscidinə basqın edən şəxs barədə YENİ MƏLUMAT

İyulun 14-də Bakıda məscidə hücum edən şəxslərlə bağlı tədbir görülüb.
Hüquq-mühafizə orqanlarından əldə etdiyimiz məlumata görə, Təzəpir məscidində günorta namazı qılınan zaman əllərində qılınc və dini bayraqla zala daxil olan və asayişi pozan şəxslərdən 1975-ci il təvəllüdlü Cahangirov Yaşar Əliqulu oğlunun ruhi-əsəb xəstəsi olduğu müəyyən edilib. O, Nəsimi rayonunda yerləşən 2 saylı Ruhi-Əsəb dispanserinə yerləşdirilib. Y.Cahangirovla birgə məscidə daxil olan Aydınov Əfqan Elman oğlu barəsində isə inzibati tədbir görülüb.

14 iyul

Bakıda məscidə hücum edən şəxslər saxlanılıb.
Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Təzəpir məscidində bu gün günorta namazı qılınan zaman iki nəfər məscidə girib.
Onlardan birinin əlində qılınc, digərinin əlində isə dini bayraq olub. Məsciddə olan şəxslər dərhal polis əməkdaşlarına məlumat veriblər.
Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həmin şəxslər saxlanılıb.
Onların Yaşar Əliqulu oğlu Cahangirov və Əfqan Elman oğlu Aydınov olduğu müəyyən edilib. Həmin şəxslər istintaqa təhvil veriliblər.
Hazırda faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, hadisə barədə ilk olaraq "Bakıpost" məlumat yayıb.

17:40

Bu gün "Təzəpir" məscidində cümə namazı zamanı kütləvi dava olub.
Cümə namazında iştirak edən şəxslər BakuPost.az-a bildirib ki, hadisəyə səbəb məscidə ağ geyimli 2 şəxsin daxil olaraq, axundun xütbəsini kəsmək istəməsi olub. Hadisə şahidlərinin sözlərinə görə, namazdan əvvəl məscidə əynində kəfəni xatırladan ağ geyimli Yaşar adlı bir yaşlı kişi və bir gənc gəlib. Onun əlində qılınc olub. O, cümə namazından əvvəl söz alıb danışmaq istəyib, lakin məsciddəkilərin narazılığı ilə üzləşib və susdurulub. Daha sonra namaz qılınıb. Namazdan sonra Yaşar adlı şəxs yenidən nəsə danışmaq istəyib. Bu zaman möminlər onun üzərinə hücum çəkərək, döyməyə başlayıblar.
Onun linç edilməsi kütləvi davaya səbəb olub. Hadisəyə hüquq-mühafizə orqanlarının işçiləri qarışıb. Polis ağzı-burnu qan içində olan Yaşarı hadisə yerindən uzaqlaşdırıb və bölməyə aparıb.
Yaşar şahidlərdən biri ilə söhbəti zamanı ona Allah tərəfindən vəhy verildiyini, 2 ildir ki, bunu möminlərə çatdırmaq istədiyini qeyd edib.

Şərhlər

XƏBƏR LENTİ