DİM qəbul imtahanından 1 milyondan çox pul qazandı
Dövlət İmtahan Mərkəzinin (DİM) iyulun 14-də ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanlarında 32945 abituriyent iştirak edib.
Əvvəlcədən iştirak etmək üçün ərizə vermiş 34042 abituriyentdən 1097 nəfəri imtahana gəlməyib.
Maraqlıdır, DİM bu imtahandan nə qədər vəsait əldə etdi?
Qeyd edək ki, imtahanlarda iştirak etmək pulludur və bu, adambaşına 40 manat təşkil edir. Əgər imtahanda iştirak etmək üçün ərziə veriənlərin sayını nəzərə alsaq, onda DİM-in bu prosesdən nə qədər vəsait əldə etdiyini hesablaya bilərik...
Beləliklə, II və III ixtisas qrupları üzrə qəbul imtahanlarında iştirak üçün 34042 abituriyent ərizə vermişdi ki, bu da adambaşına 40 manat deməkdir. Deməli, Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanlarından 1 milyon 361 min 680 manat vəsait əldə edib.
Bu həftə I və IV ixtisas qrupları üzrə də qəbul imtahanları keçiriləcək.
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs olduğundan özünümaliyyələşdirmə üçün imtahanların təşkilini pullu həyata keçirir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...