SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Milli mədəni ənənələrin qlobal miqyasda təbliği daim vacibdir- Qht sədri

Milli mədəni ənənələrin qlobal miqyasda təbliği daim vacibdir- Qht sədri

Tarix:

1-12-2023, 13:44

/ 182 dəfə oxundu.
Milli mədəni ənənələrin qlobal miqyasda təbliği daim vacibdir- Qht sədri

Akademik musiqidə yeni çağırışlar, müasir multikultural cəmiyyətlərdə etnik ənənələrin qorunması, bu günün musiqi ənənələri, hamar ötürülmə, yaxud kəskin dəyişiklik, musiqi sənayesinin dövriyyədə olan rəqəmsal vasitələrinin tətbiqində yaranan təmayüllər, qlobal mədəniyyət mübadiləsində Azərbaycan musiqisi və musiqiçilərinin iştirak perspektivləri, kənardan baxış mövzuları daim diqqət mərkəzində olmalıdır.

Klassik musiqi ənənəsi və tamaşaçının klassik musiqiyə marağının artırılması mütləq vacibdir. Azərbaycan xoreoqrafiya məktəbinin köklü ənənələrə malik olub, bu sənətin beynəlxalq aləmdə təbliği istiqamətində ardıcıl addımlar atılmalıdır.
Pandemiyadan sonra mədəni layihələrin təbliğatı, klassik musiqiyə marağın artırılması istiqamətində marketinqin tətbiqi üsulları, dizayn, afişa təqdimatı, habelə konsertlər üçün uğurlu məkan seçimi də mütləq lazımdı.

Mütləq musiqi təhsilində innovasiyalar, bu sahəyə dəstək üçün maliyyə mənbələri və şagirdlərin təqaüdlə təmin edilmələri vacibdir. Təhsildə beynəlxalq təcrübə, yeni çağırışlar istiqamətində atılan addımların əhəmiyyəti daim vacibdi.

Etibar Məmmədov 
Mədəniyyətin və Milli Ənənələrin Təbliği ictimai birliyinin sədri

Şərhlər

XƏBƏR LENTİ