PalSüd-də maaş böhranı - FOTOLAR
PalSüd MMC-nin işçilərinə 1 milyon manatdan çox borcu var.
Ötən gün 7-8 ay müddətində əmək haqlarını ala bilməyən zavod işçiləri aksiya keçiriblər. Bundan əvvəl də oxşar hadisə baş vermişdi. Təxminən 20 gün əvvəl şirkətlə müqavilə əsasında çalışan süd qəbul məntəqələrinin 60-a yaxın işçisi ümumilikdə 1 milyon manat dəyərində onlara ödəniləcək vəsaitlərin bir il müddətində gecikdirilməsinə etiraz ediblər.
Şikayətçilərin sözlərinə görə bu pullar şirkətə süd verən ayrı-ayrı vətəndaşların haqqıdır. Məsələ ilə əlaqədar rəsmi qurumlara məlumatlar verilib.
Dünən aksiya iştirakçılarından bir neçə nəfər polis şöbəsinə çağrılaraq onlardan şikayət ərizələri alınıb. Aksiyada iştirak edən PalSüd MMC-ni ona 27 min manat borcu olduğunu deyən Sahib Abdullayev zavod rəhbərliyinin aksiya iştirakçıları ilə görüşündə möhlət istədiyini, lakin bu möhlət vaxtının bitdiyini söyləyib.




Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...