Nazirlik məmurdan Baş Prokurorluğa şikayət etdi (FOTOLAR)
Ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən növbəti araşdırma aparılıb.
Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, aparılan araşdırma zamanı Xətai rayonu, Əbilov küçəsi 12 ünvanında, yaşayış binasının yan tərəfindəki yaşıllıq sahəsində yaşköküstə 12-24 sm diametrliyində tut, dəfnə, zeytun, əncir cinsli 4 ədəd ağacın və 6 ədəd nar kolunun qanunsuz kəsildiyi aşkar edilib.
Ağacların ərazidə tikinti aparan Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 85 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Zahid Bədəlov tərəfindən kəsildiyi məlum olub. Lakin o, yaşıllıq sahəsində aparılan tikinti ilə bağlı hansısa bir sənəd təqdim etməkdən imtina edib. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunaraq ağac və kolların məhv edilməsinə görə ona 6600 manat məbləğində ziyan tətbiq edilib.
Qanun pozuntusu ilə bağlı məsələyə hüquqi qiymət verilməsi və Z.Bədəlov barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
Qeyd edək ki, hər hansı bir obyektin tikintisi ilə bağlı torpaq sahəsi ayıran orqan tərəfindən ərazidə yaşıllıq olub-olmaması nəzərə alınmalı, qanunvericiliyə uyğun olaraq həmin torpaq sahəsinin mövqe planı ETSN ilə əvvəlcədən razılaşdırılmalıdır. Lakin bu tələbə riayət edilmədən torpaq mülkiyyətçiləri tərəfindən torpaq sahələrinin ayrılması və tikinti aparılması nəticəsində yaşıllıqların məhvinə şərait yaradılır.




Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...