"Qızıl qələm"in verilməsi dayandırıldı
Azərbaycanda "Qızıl qələm" mükafatının verilməsi dayandırılıb.
Bu barədə Mətbuat Şurası məlumat yayıb.
Bildirilib ki, vaxtilə cəmiyyətdə müəyyən nüfuz qazanmış, dəyərli qələm adamlarına verilmiş, Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı adlanan qurumun təsis etdiyi "Qızıl qələm" mükafatı son illər jurnalistikadan uzaq insanlara təqdim olunmaqla öz etibarını itirib, cəmiyyətdə haqlı narazılığa səbəb olub. Mətbuat Şurası jurnalistikamızın və peşəkar media işçilərinin nüfuzuna xələl gətirən bu məsələyə biganə qala bilməzdi. Buna görə də MŞ-nin tapşırığı ilə quruma faktiki rəhbərlik edən Çingiz Qurbanoğlu Şuraya dəvət olunub, icraçı katibin müavini İlqar Tağıyev Mətbuat Şurasının mövqeyini, irad və tövsiyələrini onun diqqətinə çatdırıb. Nəticədə Ç.Qurbanoğlu Azərbaycan Mətbuat Şurasına müraciət ünvanlayıb. O, məktubunda son zamanlar mətbuatda və sosial şəbəkələrdə sədri olduğu Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının müxtəlif insanlara təqdim etdiyi "Qızıl qələm" və digər media mükafatları ilə bağlı narazılıqlar, həmçinin MŞ-nin tövsiyələrini nəzərə alaraq KİVİHİ Rəyasət Heyətinin qərarı ilə bu mükafatların təqdimatının dayandırıldığını yazıb. Mətbuat Şurası da müraciəti anlayışla qarşılayaraq problemin həllini tapdığını bildirir.
Sonda MŞ digər ictimai qurumlara da müraciət edərək media adı ilə mükafatlar verilməsində ehtiyatlı davranmağa, Azərbaycan jurnalistikasının nüfuzuna xələl gətirən addımlardan çəkinməyə çağırır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb - VİDEO
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH