XalqXəbər.Az

XalqXeber.Az » Sosial » AMEA “Gündəlik Tələbat”dan kimyəvi reaktiv alır - Gülməcə kimi tender...

AMEA “Gündəlik Tələbat”dan kimyəvi reaktiv alır - Gülməcə kimi tender...

AMEA “Gündəlik Tələbat”dan kimyəvi reaktiv alır - Gülməcə kimi tender...
25-10-2023, 19:02

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutu tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Gündəlik Tələbat” MMC olub.
Xalqxeber.az yeniavaz.com-a istinadla xəbər verir ki, İnstitut kimyəvi reaktivlərin satın alınmasına görə “Gündəlik Tələbat” MMC-yə 18 min 570 manat ödəyəcək.
Nizamnamə kapitalı 20 manat olan “Gündəlik Tələbat” MMC-nin hüquqi ünvanı Zaqatala rayonu, Zaqatala şəhəri, İ.Şamil, ev 15-də yerləşir. Şirkətin qanuni təmsilçisi Kərimov Şahlar Fikrət oğludur.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.