SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Peşə Təhsili üzrə Dövlət Agentliyində MAAŞ BÖHRANI... - BU NƏDİ BELƏ?!

Peşə Təhsili üzrə Dövlət Agentliyində MAAŞ BÖHRANI... - BU NƏDİ BELƏ?!

Tarix:

24-10-2023, 11:41

/ 258 dəfə oxundu.
Peşə Təhsili üzrə Dövlət Agentliyində MAAŞ BÖHRANI... - BU NƏDİ BELƏ?!

Yeni dərs ili başlayandan peşə məktəblərində çalışan müəllim, peşə təlimi ustalarının maaşları, həmçinin tələbələrin təqaüdləri ödənilımir.

Xalqxeber.az Bizimxeber.az-a istinadla bildirir ki, hələ də sentyabr ayının maaşları ödənilməyib və nə zaman veriləcəyi sual altındadır.

Maaşların niyə ödənilmədiyi ilə bağlı nə peşə məktəblərinin direktorları, nə də Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbəri Ceyhun Kərəmov heç bir aydınlııq gətirmir.

Müəllim, usta və tələbələrin ciddi narazılığına səbəb olan bu vəziyyət artıq pik həddə çatıb. Krediti olan müəllimlərə banklar tərəfindən əlavə faizlər yazılır, gecikmələr hesablanır. Tələbələr təqaüd almadıqları üçün yol pulusuzdur.

Nəzərə alsaq ki, müəllimlər biznesmen deyil və başqa yerdən gəlirləri yoxdur, o zaman onların hansı çətin durumda olduğunu söyləməyə ehtiyac qalmır. Görünür, Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbəri Ceyhun Kərəmov və direkorların yaşamaq üçün başqa gəlirləri var, bu vəziyyət onları ilgiləndirmir.

Ümumiyyətlə, Peşə təhsili müəssisələrində dərs saatlarının anormal bölgüsü, bu zaman yaranan narazılıqlar, əmək haqqlarının, saatlara görə ödəmələrin düzgün hesablanmaması, vakant vəzifələrin direktorlar tərəfindən çıxdaş edilməsi, əvəzetmələrdən qazanılan pullar, mənimsəmə, direktor və müavinlərin, baş ustaların (?) dövlətin təhsil ocağını "qohumların yuvasına" çevirməsi, qohumlara yaşıl işıq yandırma, müəllimlərə ikili münasibət, adamı olmayan müəllimələrə qarşı sərt davranış, hətta qanunsuz olaraq həftədə bir neçə dəfə 11-13 saat dərs (müəllimi bir gündə 13 saat dərs deməyə məcbur etmə tamamilə qanununsuzdur və Əmək Müfəttişliyi bu məsələni ciddi araşdırmalıdır (?!) deməyə məcbur etmə və başqa halları mövcuddur.

Şərhlər

XƏBƏR LENTİ