Gələn ilin qəbul imtahanları üçün işçi qrupu YARADILDI
Gələn ilin buraxılış və qəbul imtahanlarının məzmununu hazırlamaq üçün işçi qrupu yaradılıb
Dövlət İmtahan Mərkəzində 2024-cü il buraxılış və qəbul imtahanlarının məzmunu ilə bağlı materialların hazırlanması məqsədilə fənlər üzrə işçi qruplarının işinə start verilib.
Bu barədə mərkəzdən məlumat verilib.
DİM-də Azərbaycan dili, Azərbaycan dili (dövlət dili), ingilis dili və informatika fənləri üzrə işçi qruplarının ilk iclası keçirilib.
Gündəlik məsələ imtahan proqramları və imtahanların modelinə uyğun sınaq imtahanı variantlarının müzakirəsi olub.
İclaslarda Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva işçi qruplarının üzvlərini iş planı ilə tanış edib və fəaliyyətlərində uğurlar arzuyıb. A.Batıyeva qeyd edib ki, buraxılış və qəbul imtahanlarının proqramları və onlarla bağlı əlavə materiallar sentyabr ayında DİM-in saytında yerləşdirilib.
Beləliklə, şagirdlər və abituriyentlər dərs ilinin əvvəlindən proqramların məzmunu və ədəbiyyat siyahısı ilə tanış ola bilərlər.
Daha sonra iclaslarda sınaq imtahanı variantlarının müzakirəsi aparılıb. Hər bir tapşırıq müvafiq fənn kurikulumunun təlim nəticəsinə, istifadədə olan dərsliklərə uyğunluq baxımından müzakirə edilib. Qeyd olunan məsələlərlə bağlı iştirakçılar öz fikirlərini bildirib və təkliflər veriblər.
İşçi qruplarının növbəti iclası oktyabrın 9-da olacaq.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb - VİDEO
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH