SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Gürcüstan qeydiyyatlı avtobusların sərnişindaşıması yolverilməzdir" - Anar Rzayev

"Gürcüstan qeydiyyatlı avtobusların sərnişindaşıması yolverilməzdir" - Anar Rzayev

Tarix:

12-06-2023, 12:46

/ 795 dəfə oxundu.
"Gürcüstan qeydiyyatlı avtobusların sərnişindaşıması yolverilməzdir" - Anar Rzayev

Ölkədə Gürcüstan qeydiyyat nişanlı avtobuslar sərnişindaşımalar həyata keçirirlər. 

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.

AYNA sədri bildirib ki, bu, yolverilməzdir və bütün ölkələrdə belədir.

O həmçinin qeyd edib ki, qanunvericilikdə iki sahədə boşluqlar mövcuddur. "Bunlar taksi aqreqatorları və nə avtobus, nə də taksi olmayan nəqliyyat vasitələri ilə sərnişindaşıma ilə bağlıdır. Qanunvericilikdə boşluqdan istifadə edən bu cür aqreqatorlar dövlət qurumları ilə əməkdaşlıqda maraqlı olmurlar. Qanunvericiliyə edilən dəyişikliklər bu sahədə fəaliyyəti tənzimləmək məqsədi daşıyır".

Şərhlər

XƏBƏR LENTİ