Bu ünvanlardan mal almayın - Xəbərdarlıq
İnternet vasitəsilə alış-veriş edən zaman diqqətli olmaq lazımdır. Belə ki, internetdə insanları tora salıb, pulunu mənimsəyən "satış şirkətləri” peyda olub.
Bu barədə hüquqşünas Fərhad Mehdiyev xəbərdarlıq edib. Vəkil bildirib ki, bununla bağlı bir vətəndaş ona müraciət edib:
"O, internet vasitəsilə laptop satın almaq istəyib və onu 450 dollarlıq aldadıblar. Pulu yollayıb, amma laptop gəlməyib”.
F.Mehdiyev internetdən alış-veriş etmək istəyənlərin aşağıdakı məqamlara diqqət etməsinin vacibliyini vurğulayıb:
1. Məhsul ancaq etibarlı internet satıcılarından alınmalıdır. Məsələn, "Amazon.com”, "Bestbuy.com” və s. Ancaq burada da diqqətli olmaq, ünvanı dəqiq bilmək lazımdır. Məsələn, "Besbuy.com” əvəzinə "Bestbuyltd.com” saytında sizi aldacaqlar. Ya da "Amazon.ru.com” internet istifadəçilərini aldatmaq üçündür.
2. "Alibaba.com” və "Ebay.com” da etibarlı alış-veriş yeridir, amma bir şərtlə ki, satıcı haqqında məlumatları oxumalısınız. Ayrıca müsbət ulduzların çox olmasına diqqət edin. Məsələn, görürsünüz ki, adamın 5000 satışı var, alıcılar da razılıq edir.
3. Onlayn alış zamanı ödəniş də onlayn olmalıdır. İnternet brouser ödəniş səhifəsi açıldıqda, onun təhlükəsiz olub-olmadığını göstərir. Təhlükəsiz olmadıqda ünvan hissəsində yaşıl yox, qırmızı olur.
4. Daxil olduğunuz saytların domain ünvanını diqqətlə incələyin. Sub-domain olduqda qorxmayin. Məsələn "ru.bestbuy.com” subdomaindir, amma "bestbuy.ru.com” subdomain deyildir.
5. Məsələn, "sunglasses.com” ünvanından eynək almaq istəyirsiniz. Belə bir axtarış verin – "sunglasses.com customer reviews”. Anlayacaqsınız ki, buranın etibarlılıq dərəcəsi nə qədərdir. Bu sayt haqqında heç bir dəyərləndirmə yoxdursa, ora ilə alış-veriş aparmayın.
Sonda hüquqşünas bir daha hamını diqqətli olmağa çağırıb və saxta şirkətlərə ödənilən pulların geri qayıtmadığını xatırladıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?