XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Rektorun şortikə qadağa qoyduğu “Azərbaycan” hansı nazirindir?

Rektorun şortikə qadağa qoyduğu “Azərbaycan” hansı nazirindir?

Rektorun şortikə qadağa qoyduğu “Azərbaycan” hansı nazirindir?
28-06-2017, 10:34

Bu günlərdə tələbənin şortik geyinməsinə qadağa qoyması ilə gündəmə gəlmiş “Azərbaycan” universiteti barədə yeni maraqlı məlumatlar yayılmaqdadır
Sosial şəbəkələrə və mediaya istinadla xəbər veririk ki, Fərid Əhmədovun gedişindən sonra təhsil ocağına bu ilin martında 31 yaşlı Səadət Əliyeva rektor təyin olunub.
Ancaq xanım rektorun gəlişi ciddi islahatlara səbəb olmayıb. Əksinə, martdan bəri bu 4 ay ərzində “Azərbaycan” köklü dəyişikliklər müşahidə olunmayıb.
Azərbaycan Universitetinin 2008-ci ildən etibarən universitetə tələbə cəlb etmək üçün geniş şəkildə reklam etdiyi bakalavr və magistr hazırlığı üzrə ABŞ-ın Corciya Universiteti ilə birgə təhsil proqramı fırıldaqçılıqdan başqa bir şey deyil.
Bu proqram üzrə ilk məzun buraxılışı 2012-ci ildə oldu. Lakin nə bu proqramın 2012-ci ildəki ilk buraxılışının, nə də sonrakı buraxılışlarının məzunlarının heç birinə beynəlxalq səviyyəli ikili diplom verilməyib.
Məzunlara təqdim edilən diplomların yalnız Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq olunduğunu gördükdə bir istehlakçı kimi hüquqları pozulmuş tələbələr və onların təhsil haqqı ödəyən valideynləri haqlı narazılıqlarını bildirdilər.
Mətbuatda Azərbaycan Universitetində bəzi müəllimlərə ixtisasına uyğun olmayan fənlərin tapşırıldığı haqda da məlumat var.
Azərbaycan Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri Fəxrəddin Məhərrəmov universitetdə baş verən qanunsuzluqlara göz yummadığı üçün tutduğu vəzifədən çıxarılıb.
Rektorun işçilərin hüquqlarının pozması və onun əlaltılarının kollektivdə yaratdığı qeyri-sağlam mühit, qeyd olunan digər neqativ hallar barəsində Həmkarlar İttifaqı Komitəsinin sədri Fəxrəddin Məhərrəmova məlumat verilib.
Sədr rektorun əməllərinin qanunsuz olduğunu qeyd etdikdən sonra məzuniyyətdə olduğu müddətdə qanunsuz işdən çıxarılıb. Onun yerinə əvvəllər universitetin Həmkarlar İttifaqı Komitəsinin üzvü olmayan, rektorun yaxın dostu və həmyerlisi təyin olunub.
Məlumatda bildirilir ki, Fərid Əhmədovun adı Oksford Universitetinin doktorantura pilləsinə daxil olan tələbələrin arasında olsa da, o, universiteti məzun olaraq bitirə bilməmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının məlumatları arasında da Fərid Əhmədovun xaricdə aldığı hər hansı bir diplomun təsdiq olunması barədə məlumat olmadığı qeyd edilir.
Yeni rektor S.Əliyeva isə hələ ki şortiklə gündəmə gəlib. Onu da deyək ki, bu universitet vergilər naziri Fazil Məmmədova yaxınlığı ilə seçilir.

Qarşı tərəfi dinləməyə hazırıq.

ulus.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.