XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » AMEA-dan “səlib yürüşü”: Təhsil nazirini plagiat dərsliklə “vurur”lar - Pərdəarxası

AMEA-dan “səlib yürüşü”: Təhsil nazirini plagiat dərsliklə “vurur”lar - Pərdəarxası

AMEA-dan “səlib yürüşü”: Təhsil nazirini plagiat dərsliklə “vurur”lar - Pərdəarxası
28-06-2017, 10:31

Təhsil Nazirliyi ilə tarixçi-alimlər arasında dərslik qalmaqalı getdikcə böyüyür
AMEA-nın tarixçi-alimləri bir-bir nazirliyin 10-cu sinif tarix dərsliyi barədə məqalələr yazır, dərslikdəki nöqsanları təhlil edirlər.
Nazirlik susduqca, AMEA qurumun üzərinə getməkdədir. Belə ki, bu qovğaya daha bir tarixçi-alim qoşulub. Tarixçi-alim Ramin Əlizadə sual edir ki, niyə bu qurum yeni dərsliklərlə bağlı düzgün mövqe nümayiş etdirmir:
"Niyə dərslik müəllifləri kimi tanıdığımız mütəxəssislər bu işdən uzaqlaşdırılır? Bu cür qərəzli mövqe nümayiş etdirməkdə məqsəd nədir?
Niyə Təhsil Nazirliyi bu kimi suallara açıq-aydın münasibət bildirmir? Bəlkə Təhsil Nazirliyinin dərsliklərlə bağlı açıq-aydın münasibət bildirmək səlahiyyəti əlindən alınıb?
Bu suallar nə qədər ki, cavabsız qalacaq o qədər də xalqımızın gələcəyinə zərbə dəyəcək. Söhbət tarix fənnindən getdiyi üçün bu cür çatışmazlıqların daha ağır nəticələrə gətirib çıxaracağını təsəvvür etmək o qədər də çətin deyil.
10-cu sinif şagirdləri redaktəyə ehtiyacı olan yeni dərsliklərdə həm də çox çətin başa düşülən terminlərlə tanış olacaqlar”.
Ondan əvvəl Leyla Hüseynli, Qabil Əliyev, Dilavər Əzimli də plagiat dərsliyə hücuma keçmişdilər.
AMEA-nın tarixçi-alimləri rəsmən təhsil nazirini “vurur”lar. Təhsil naziri Mikayıl Cabbarovun hakim komanda daxilində güc mərkəzinə çevrilmək üçün müxtəlif variantlara əl atdığı bildirilir
Məlumata görə, büdcə təşkilatı kimi ən çox insanın çalışdığı təhsil sisteminə rəhbərlik edən M.Cabbarov qısa zaman ərzində Təhsil Nazirliyinə bağlı olan əksər müəssisə rəhbərlərini demək olar ki, iradəsinə tabe etdirməklə yanaşı, həm də digər sahələrə nüfuz etməyə çalışır.
Çoxları düşünürdü ki, Mikayıl Cabbarov təhsil naziri olsa da, sələfi Misir Mərdanov kimi, nazirliyin aparatı da daxil olmaqla, illərdir rektor vəzifəsində kök atan şəxslərlə bacara bilməyəcək.
Amma o, cəmi 6-7 ay ərzində "Qoca qurd"ların çoxuna nəinki yerlərini göstərdi, hətta bir çoxlarının vəzifədən azad olunmasına, yerlərinə isə özünə yaxın şəxslərin təyin edilməsinə nail ola bildi.
Məsələn, Gəncə Dövlət Universiteti, İqtisad Universiteti, keçmiş ADNA, Texniki Universitet, Tibb Universiteti və digər ali təhsil müəssisələrindəki rektor dəyişiklikləri birbaşa Mikayıl Cabbarovun istəyi ilə həyata keçirilib.
Nazirin bu sahədə öz qruplaşmasını yaratması, dərslikləri inhisara alması AMEA alimlərini hərəkətləndirib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.