SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Səlim Müslümovun işçisi 120 manatla dolanır? - nazirin kadrından ağ yalan...

Səlim Müslümovun işçisi 120 manatla dolanır? - nazirin kadrından ağ yalan...

Tarix:

24-06-2017, 09:17

/ 151 926 dəfə oxundu.
Səlim Müslümovun işçisi 120 manatla dolanır? - nazirin kadrından ağ yalan...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Əmək bazarının təhlili və statistika şöbəsinin müdiri İsa Həsənov insanları günahlandırıb
İ.Həsənov müsahibəsində bildirib ki, vətəndaş 120 manatla dolana bilməsəydi, daha yaxşı işə keçərdi.
İ.Həsənov “50-60 arası yaşı olan kişi 120-200 arası maaşla necə ailə saxlaya və ya dolana bilər” sualına belə cavab verib: “Əgər bir şəxs ömür boyu az maaşa işləyibsə, bu onun öz günahıdır. Biz bəzən deyirik ki, dövlətin maaşı çox azdır.
Maaş az olduğu halda insanlar öz üzərlərində çalışmalı, əlavə biliklər, bacarıqlar əldə etməli, daha yaxşı maaşlı işlərə yönəlməlidirlər.
Kim ki, 10-15-20 il az maaşa qane olub işləyirsə, deməli, bu maaş onu qane edir. Etməsə idi əlavə biliklər əldə edib onu qane edəcək maaş verən işə keçərdi”.
ƏƏSMN rəhbəri Səlim Müslümov böyük ehtimalla İ.Həsənovun müsahibəsi ilə tanışdır. Əgər nazir oxuyubsa, şöbə müdirinin ağ yalan danışdığını da görməmiş deyil. Nazirlik rəsmisi deyir ki, 120 manat maaşla dolanırlar, əks təqdirdə iş yerini dəyişərdilər.
Belə çıxır ki, İ.Həsənov özü də 120 manat maaşla dolanır. Buna inanmaq üçün gərək orta əsr savadına malik olasan. Xalqa qırmızı yalan danışan bir nazirlik nümayəndəsi yaxşı bilir ki, işsizlik getdikcə artır.
İndi 120 manatla bir ay dolanmaq deyil, 10 gün yaşamaq olmur, dövlət işində çalışanların çoxu əyri yollara əl atır,”paket” alır, rüşvət götürür, “çak-çuk” deyilən gündəlik gəlirlə qazanc əldə edir, qalanları isə ac-yalavac yaşayır.
Ölkədə işsizlik problemi olduğunu. Qohumbazlıq və tanışlıqla iş tapıldığını yaxşı bilən S.Müslümovun işçisi görəsən “paket”i kəsilsə necə dolanar? Getdiyi restoranlar, sürdüyü avtomobil, gəzdiyi yerlər, ailə ehtiyacları heç 120 yox, 320 manat da deyil.
Dövlət əmək haqlarını artırmırsa, vətəndaşda günah görmək absurddur.
Nazirliyin şöbə müdiri xalqı günahkar çıxarmaq yerinə işsizliyin səbəbləri, verilən əmək haqları və müqabilində insanların istismar olunması barədə danışmalıdır.
Azərbaycanda 5 milyona yaxın iqtisadi fəal - iş qalibiliyyətli insan var. Bu insanların 250 mini işsiz, 2 milyon 300 min qeydiyyatda olan işçilərdirsə, bəs yerdə qalan 2 milyon 500 minə yaxın vətəndaş harada qeydiyyatdadır?
Neft hasilatı azaldıqdan sonra dövlət büdcəsi hesabına açılan iş yerlərinin sayında azalma müşahidə olunmağa başladı. Lakin biz bu iş yerlərinin hansı sahələrlə əlaqəli olduğunu və bağlanmasının səbəbləri haqqında geniş məlumata sahib deyilik.
2016-cı ilin 9 ayında Azərbaycanda 154 min yeni iş yeri açılıb. Bunun 121 mini daimidir. Ölkədə işsizliklə bağlı vəziyyət pisləşməkdədir. Ekspertlər ölkədə işsizliyin statistikasının artmasından narahatlığını bildirirlər.
Həmçinin vurğulanır ki, işsizlərin sayı kəskin artacaq. Bağlanan banklarda işləyənlərin işini itirməsi, həmçinin kiçik sahibkarlıq obyektlərinin davamlı şəkildə bağlanması, müxtəlif idarələrdə aparılan ixtisarlar əsas səbəblərdir.

Ulus.Az

Şərhlər

XƏBƏR LENTİ