XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Akkord qaz və lift pulunu yeyib: “Uğur-2” və “Abşeron” zülm çəkir - Faktlar

Akkord qaz və lift pulunu yeyib: “Uğur-2” və “Abşeron” zülm çəkir - Faktlar

Akkord qaz və lift pulunu yeyib: “Uğur-2” və “Abşeron” zülm çəkir - Faktlar
23-06-2017, 09:23

“Akkord” tikinti şirkətinin binalarında yaşayış çoxdan olsa da, problemlər qurtarmır
Əsasən də “Uğur-2” və “Abşeron” gənclər şəhərciyi üzləşdiyi çətinliklərlə baş-başadır. Bakıxanov qəsəbəsində və Xırdalanda yerləşən bu binalarda yaşayan sakinlər dad eləyirlər.
Əvvəlcə Bakıxanovda yerləşən “Uğur-2” kompleksinin problemlərini qeyd edək. Bir müddət əvvəl sakinlərin şikayətləri nəticə vermişdi.
Amma yenə də oxşar problemlər qalıb: liftlər başdansovdu təmir edilib, bloklar yarımçıq düzəldilib, blokların giriş qapısına damafon yerləşdirilməyib, işıqlandırma çox zəifdir, qarajlar yenə satılır və pulludur.
Binaların həyətində maşın saxlamağa yer yoxdur. Hər mərtəbədə blokların qapısı yoxdur və camaat qışda zülm çəkir. Çünki bu binalar külək tutan tərəfdədir.
Sakinlər şübhələnirlər ki, ayrılan pullar mənimsənilib. Hər gün liftlər xarab olur. Bütün liftlər işləmir. Qarajlar ayda 40 manatdır.
Komendantlar və mühafizəçilər da işlərinə ürəklə yanaşmırlar. Onlara söz deyəndə dərhal kommunal pul tələb edirlər. Halbuki, problemlər başdan aşır və həll etmirlər.
İlk növbədə qarajlar sakinlərə pulsuz verilməlidir, ikincisi şlaqbaumlar işlək olmalıdır və hər yoldan keçən kompleksə buraxılmamalıdır, işıqlandırma sistemi yaxşılaşmalıdır, hər mərtəbədə qapı olmalıdır, blokun qapısı damafonla təmin edilməlidir, liftlər ən yüksək səviyyədə işlməəlidir. Bir gün hansısa faciənin olacağı istisna deyil.
"Abşeron” Gənclər Şəhərciyinə isə qazın verilməsi prosesi dayandırılıb.
Şikayətçilərin sözlərinə görə, bu ilin yanvar ayından kompleksə qazın çəkilməsi işi başlanılsa da, 3 gündür işlər dayandılıb: "İki -üç ay müddətində bir neçə blok qazlaşdırıldı.
Sonra şəhərciyi inşa edən "Akkord” tikinti şirkəti Azəriqaz İstehsalat Birliyi və qazı çəkən podratçı şirkətin haqqını vermədi. Ona görə də həmin şirkət işi yarımçıq qoyub, getdi.
Şəhərcikdəki Mənzil- İstismar idarəsi isə dayandırılmanın səbəbindən xəbərsiz olduğunu bildirir. Bu da o deməkdir ki, 2017-ci ili qazsız keçirəcəyik”.
Sakinlər onu da diqqətə çatdırırblar ki, soyuqlar düşən kimi şəhərcikdə həyat iflic olur: ”Dözülməz vəziyyət yaranır. Şəhərcik gənc ailələr üçün nəzərdə tutulsa da, burada gənclərə "divan tutulur”.
Baxın, illərdir ki, binalar tikilib, istifadəyə verilib. Amma qazla təmin edilməyib. Bir çox əlaqədar şəxslərə çoxsaylı müraciətlər olunub. Şəhərcikdə geniştərkibli aksiyalar keçirilib. Hər dəfə "qaz növbəti il veriləcək” deyib bizi aldadıblar.
Təsəvvür edin ki, şəhərciyə məxsus məktəb və bağça qazlaşdırılıb. Amma sakinlər yaşayan binlara qaz verilmir”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.