SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Carabao” içkisi adamı elə qarın ağrısına salır ki... - heç “AKKORD”-un betonu da kömək etmir

“Carabao” içkisi adamı elə qarın ağrısına salır ki... - heç “AKKORD”-un betonu da kömək etmir

Tarix:

14-06-2017, 09:35

/ 63 343 dəfə oxundu.
“Carabao” içkisi adamı elə qarın ağrısına salır ki... - heç “AKKORD”-un betonu da kömək etmir

Bir neçə gün əvvəl ölkə mətbuatında yayılan məlumatdan bəlli oldu ki, Sumqayıt şəhərinin H.Z.Tağıyev və Ceyranbatan qəsəbəsində yaşayan 60-dan çox uşaq zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər 1 saylı Uşaq Xəstəxanasına yerləşdirilib.

Sonradan zəhərlənənlərin sayının 119-u keçdiyi məlum oldu.

Xəstəxanadan mətbuata bildirilmişdi ki, son vaxtlar əsasən qusma, halsızlıq, ishal və kəskin baş ağrıları səbəbindən xəstəxanaya kütləvi müraciət daxil olub.

İlkin versiyalara görə, uşaqlar krantdan gələn su içdiklərinə görə zəhərlənib. Hətta belə bir versiya da səsləndi ki, guya içməli su xəttinə haradasa çirkab suları qarışıb.

Əlbəttə, birdən birə 100-dən artıq uşağın zəhərlənməsi çox təhlükəli məsələdir.

Xoşbəxtlikdən uşaqlar arasında ölüm halı olmadı.

Bu fakt onu göstərir ki, qida təhlükəsizliyi məsələsində hələ də ciddi problemlərimiz var.

Sözün düzü, bu məsələni bu gün yenidən yada saldım.

Nə üçün..?

Səhər saytlara nəzər salarkən “Maşın şou” verilişinin aparıcısı, məşhur şoumen Murad Dadaşovun xəstəxanaya düşməyi ilə bağlı xəbər oxudum. Hətta vəziyyət o qədər ağır olub ki, verilişi başqa şəxslər aparmalı olub.

Media nə qədər çalışsa da Muradın nədən xəstəxanaya düşməsi ilə bağlı xəbər əldə edə bilmir.

Ağlıma müxtəlif fikirlər gəldi. Görəsən, Murada nə olub..?

Bəlkə şoumenin də qarnı ağrıyıb, yəni ishal səbəbindən təcili verilişi tərk edib.

İshal çox qəliz xəstəlikdir. Uşağa, böyüyə baxmır.

Səhnədə isə… Allah göstərməsin.

Milyonlarla tamaşaçının gözü qarşısında, birdən qarnın guruldaya və… vulkan püskürə.

“Maşın şou”da adam qalar..?

Nə isə. Murada Allah şəfa versin, tezliklə verilişə qayıtsın.

Amma mənim ağlıma başqa bir versiya da gəldi. Çünki inanmıram ki, Murad krantdan su içmiş ola.

Amma milyonlarla tamaşaçı bütün veriliş müddətində görürdü ki, Murad Dadaşov bəh-bəhlə “Carabao” energetik içkisi içirdi. Həm də içəndən sonra sözün yaxşı mənasında, maşallah at kimi kişnəyirdi.

Sonra mətbuat yazdı ki, sən demə bu içkinin heç gigiyena sertifikatı da olmayıb, yəni marketlərə, hətta “Maşın şou”ya qanunsuz çıxıb. Heç bu içkinin tərkibi barədə də düz-əməlli məlumat olmayıb.

Həə, məni qınamayın, vallah Muradın qəfil xəstələnməsinin səbəbi məncə “Carabao” içkisidir.

Bu içki adamı elə qarın ağrısına salır ki, heç “AKKORD”-un betonu da kömək etmir.

Nə isə, Allah Muradın yastığını yüngül eləsin.

“Carabao” içkisi isə nəhayət gigiyena sertifikatı alsın.

365İNFO.AZ

Şərhlər

XƏBƏR LENTİ