Bağında cəsəd tapılan eks-deputatın səhhəti pisləşdi
Bağ evində meyit aşkarlanan Milli Məclisin sabiq deputatı Ərəstun Cavadovun səhhəti qəfil pisləşib.
Ərəstun Cavadov rayonda olarkən, ona məxsus olan Badamdar qəsəbəsi İ.Ağayev küçəsi ev 3, mənzil 73-də yaşayan, 1960-ci il təvəllüdlü Sədi Süleyman oğlu Qəhrəmanovun meyiti aşkar edilib. Onun cəsədi bağban kimi işlədiyi Səbail rayonu Badamdar qəsəbəsi 2-ci yaşayış massivində yerləşən bağdan tapılıb. İlkin ekspertiza zamanı məlum olub ki, eks-deputatın işçisi olmuş Sədi Qəhrəmanov ürək çatışmamazlığından vəfat edib.
Bağbanın vəfat etdiyi xəbərini alan keçmiş millət vəkili Ərəstun Cavadovun səhhəti qəfil pisləşib. Ona həkimlər tərəfindən tibbi yardım göstərilib.
Səhhəti ilə əlaqədar Ərəstun Cavadov işə də çıxmayıb.
Qeyd edək ki, Ərəstun Cavadov həm də Mərkəzi Univermağın (MUM) sahibidir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...