XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » AXA MBASK sığorta verməmək üçün hər şeyi edir - Görünəni BUDUR

AXA MBASK sığorta verməmək üçün hər şeyi edir - Görünəni BUDUR

AXA MBASK sığorta verməmək üçün hər şeyi edir - Görünəni BUDUR
5-06-2017, 11:10

Bu günlərdə redaksiyaya aid avtomaşın Bakıda Şıxov istiqamətində hərəkət edərkən "Shagman" markalı yük maşını tərəfindən vurulub. Redaksiya olaraq bildiririk ki, baş vermiş olay DYP tərəfindən tərəfindən tam hüquqi əsaslarla sənədləşdirilsə də, nədənsə qəzanı törədən maşının sığorta olunduğu AXA MBASK sığorta şirkəti özünün süni bürokratik əngəlləri ilə dəyən xəsarəti ödəməkdən yayınır.

Ən azından görünəni budur və bununla bağlı açıqlama verən saytın baş redaktoru Məhəmməd Ərsoy bildirib ki, hətta keçən cümə günü sığorta şirkətinin nümayəndəsi ilə şəxsən telefonla danışıb. Həmin AXA MBASK işçisi - qəzanı araşdıran nümayəndəsi isə gərəkən sənədləri verməməklə yanaşı, hətta "bizə neynəyə bilərsiniz" deyərək hədələyici tonla danışmağı da unutmayıb.

Baş redaktor bildirir ki, artıq AXA MBASK sığorta şirkəti ilə bağlı hüquq mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət etməyi də düşünür.

DİA.AZ

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.