XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Nazirlik messencerlərlə bağlı problemin səbəbini açıqladı

Nazirlik messencerlərlə bağlı problemin səbəbini açıqladı

Nazirlik messencerlərlə bağlı problemin səbəbini açıqladı
3-06-2017, 17:57

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bütün istifadəçilərə bildirir ki, ölkəmizdə keçirilən 4-cü İslam Həmrəyliyi Oyunlarının təhlükəsizlik tədbirlərinin tərkib hissəsi olaraq Azərbaycan ərazisində müvəqqəti olaraq internet şəbəkəsi üzərindən təşkil olunan telekommunikasiya xidmətlərinə (Skype, Viber, WhatsApp və s.) məhdudiyyətlərin tətbiqi səsli və görüntülü onlayn kommunikasiya proqramlarının istifadəsində müəyyən çətinliklər yaradıb.

Nazirlikdən verilən məlumata görə, həmin dövrdə bir çox profilaktik tədbirlərin sırasında şəbəkənin sazlanması işləri də həyata keçirilib.

Hazırda texniki yeniləmə işləri başa çatıb və vətəndaşlar bu kommunikasiya proqramlarından yerli və beynəlxalq əlaqələr üçün istifadə edə bilərlər.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.