Azərbaycan korrupsiya və rüşvətxorluğa qarşı yeni Dövlət Proqramı qəbul edəcək
2017-ci ildə Azərbaycanda korrupsiya və rüşvətxorluqla mübarizə üzrə yeni Dövlət Proqramı qəbul ediləcək.
Bu, “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Prezidentin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planında nəzərdə tutulub.
Planda qeyd edilib ki, eləcə də xarici vəzifəli şəxslərin rüşvətxorluğuna qarşı mübarizəyə dair Konvensiyaya qoşulmaq imkanları öyrəniləcək.
Rüşvətxorluqla mübarizə məqsədilə həmçinin dövlət satınalmaları üzrə vahid sistemin yaradılması və bütün dövlət orqanlarının bu sistemə qoşulmasının təmin edilməsi planlaşdırılır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...