
Keçmiş Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, tanınmış jurnalist Namiq Həsənov özünə yeni iş tapıb.
Namiq Həsənov yeni xəbər saytı açıb. N-xeber.com adlanan sayt bu gündən fəaliyyətə başlayıb. Eks-mətbuat katibi ətrafına işçi toplamağa da başlayıb:
“Peşəkar jurnalistləri, qələmini yeni sınamaq istəyənləri əməkdaşlığa dəvət edirik. Yaradıcılıq üçün yeni ünvan: n-xeber.com”.
Qeyd edək ki, Nəqliyyat Nazirliyi fevral ayının 13-də prezident İlham Əliyevin sərəncamı ilə ləğv olunub, əvəzində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb. Nəticədə nazir Ziya Məmmədov da postunu itirib, onu Ramin Quluzadə əvəzləyib.