Bakıda küçədən çılpaq tapılan 5 yaşlı qızda QİÇS aşkarlanıb (FOTO)
Bir neçə gün əvvəl Bakıda polis tərəfindən çılpaq və zorakılıq əlamətləri ilə tapılan 5 yaşlı Nərgiz (ad şərtidir) ilə bağlı dəhşətli faktlar üzə çıxıb.
Anası tərəfindən atılmış balaca Nərgiz cinsi zorakılığa məruz qalmaqla yanaşı, onda QİÇS aşkarlanıb. Zərərçəkmiş uşaq özü də anası tərəfindən kişilərlə zorla münasibətə vadar edildiyini deyib.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsində araşdırma aparılır.
Xatırladaq ki, Nərgizin valideynlərinin axtarışı ilə bağlı ilk olaraq “Azərbaycan Uşaqları İctimai Birliyi”nin sədri Kəmalə Ağazadə sosial şəbəkələrdə elan vermişdi. O, balaca qızın fotosunu paylaşaraq bildirmişdi: “Bu balaca uşağı sığınacağa polislər gətirib. Əynində gördüyünüz geyimləri polis əməkdaşları alıb. Çılpaq imiş. İkin baxış zamanı uşağın zorakılığa məruz qaldığı aşkarlandı. Anasının adının Lamiyə, atasının adının Elnur olduğunu deyir. Uşaq atası tərəfindən dəfələrlə döyüldüyünü, sonda isə çılpaq vəziyyətdə küçəyə atıldığını deyir”.
Uşağın anası da tapılandan sonra televiziya verilişində qızının doğma atasının kimliyi barədə də dəqiq məlumat verə bilməyib. Məlum olub ki, qadın Elnur adlı sevgilisi ilə birlikdə yaşayıb. Uşaq isə mütəmadi olaraq ananın sevgilisi tərəfindən fiziki təzyiqlərə məruz qalıb.
criminal.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...