Saxta MTN-çilərin cəzası dəyişdirilmədi
Bakı Apellyasiya Məhkəməsində özlərini MTN əməkdaşı kimi təqdim edərək hədə-qorxu ilə pul almaq istəyən şəxslər barələrindəki hökmdən verilən apellyasiya şikayəti üzrə keçirilən məhkəmə prosesi yekunlaşıb.
Hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.
Qərara əsasən, hökm dəyişdirilmədən saxlanılıb.
İttihama görə, təqsirləndirilən şəxslər - Vüqar Həsənov, Nurlana Hüseynova və Ramin Qədimovla birlikdə Yaşar Babayevə hədə-qorxu gəliblər. Ramin Qədimov özünü ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Elnur adlı vəzifəli şəxsi kimi təqdim edərək Yaşar Babayevdən külli miqdarda pul tələb edib. Yaşar Babayevin hüquq-mühafizə orqanlarına etdiyi şikayətdən sonra onlar tutulub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramil Qədimov 6 il, Vüqar Həsənov 2 il müddətinə azadlıqdan məhrum edilib. Nurlana Hüseynova barəsində isə 3 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...