Saxta MTN-çilərin cəzası dəyişdirilmədi

Saxta MTN-çilərin cəzası dəyişdirilmədi Bakı Apellyasiya Məhkəməsində özlərini MTN əməkdaşı kimi təqdim edərək hədə-qorxu ilə pul almaq istəyən şəxslər barələrindəki hökmdən verilən apellyasiya şikayəti üzrə keçirilən məhkəmə prosesi yekunlaşıb.
Hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, hökm dəyişdirilmədən saxlanılıb.

İttihama görə, təqsirləndirilən şəxslər - Vüqar Həsənov, Nurlana Hüseynova və Ramin Qədimovla birlikdə Yaşar Babayevə hədə-qorxu gəliblər. Ramin Qədimov özünü ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Elnur adlı vəzifəli şəxsi kimi təqdim edərək Yaşar Babayevdən külli miqdarda pul tələb edib. Yaşar Babayevin hüquq-mühafizə orqanlarına etdiyi şikayətdən sonra onlar tutulub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramil Qədimov 6 il, Vüqar Həsənov 2 il müddətinə azadlıqdan məhrum edilib. Nurlana Hüseynova barəsində isə 3 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib.
Geri qayıt