Ramil Usubov rəisi və 3 müstəntiqi işdən qovdu: Deputatın oğluna görə...
Yasamal rayon Polis İdarəsində aparılan yoxlamanın yekunu olaraq istintaq şəbəsinin rəisi Zaur Şirinov və şöbənin müstəntiqləri Seymur Hidayətzadə, Elnur Abdullayev, Cavid Məmmədov işdən azad olunaraq sərəncama göndərilib.
xalqxeber.az xəbər verir ki, bu barədə məlumatı istiqlal.az saytı yayıb.
Məlumata görə, S.Hidayətzadə deputat Elmira Axundovanın oğlunun adı keçən dələduzluq işini aparan müstəntiq olub.
Bir müddət əvvəl "Youtube" portalında Seymur Hidayətzadənin qalmaqallı audio yazısı çıxmışdı. Məhz bu səs yazısından sonra DİN- də daxili yoxlama aparılıb və Seymur Hidayətzadəyə xidməti uyğunsuzluq barədə cəza verilib və barəsində Yasamal rayon Prokurorluqunda araşdırma başlanılıb.
Mənbənin məlumatına görə, 2013-cü ilin iyul ayında onlarla şəxsə qarşı külli miqdarda dələduzluq edən Elnur İbrahimovu Seymur Hidayətzadə polis idarəsindən buraxaraq ölkədən qaçmasına əlverişli şərait yaradıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...