SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakıda BNA 25 min manatlıq yeni dayanacaqlar quraşdırır - FOTOLAR

Bakıda BNA 25 min manatlıq yeni dayanacaqlar quraşdırır - FOTOLAR

Tarix:

30-06-2021, 18:39

/ 2 558 dəfə oxundu.
Bakıda BNA 25 min manatlıq yeni dayanacaqlar quraşdırır - FOTOLAR

Bakı Nəqliyyat Agentliyinin yeni “bio-smart” avtobus dayanacaqları sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub.

Bakupost.az xəbər verir ki, yayılan məlumata görə, dayanacaqların birinin qiyməti 25 min manatdır.

Azərbaycanda ilk dəfə İsmayıllı rayonunda yerləşdirilən avtobus pavilyonunun digər dayanacaqlardan bir çox üstünlükləri var. Belə ki, 8 oturacağı olan dayanacaq günәş enerjisi ilә işlәyən enerji portu, USB və pulsuz internetlə təmin olunub.

Bununla yanaşı, dayanacaqda tәhlükәsizlik kamerası, dezinfeksiya duşu, mini bar (su, fanta, kola və yüngül qida məhsulları), çərəz vendinq aparatı var.



Qırılmayan şüşə ilə əhatələnən dayanacaq hər 10 dəqiqədən bir 10 saniyə ərzində Azərbaycan alimlərinin ixtirası olan spirtsiz, xlorsuz və insan orqanizminə zərər yetirməyən “BİOSANİS” dezinfeksiya məhlulunu havaya püskürdərək dayanacaqda gözləyən sərnişinləri virusa yoluxmaqdan qoruyur.



Qeyd edək ki, hazırda Bakıda da “bio-smart” avtobus dayanacaq pavilyonlarının quraşdırılmasına başlanılıb. İlk belə pavilyon Heydər Əliyev Mərkəzinin yaxınlığında quraşdırılıb.




Şərhlər

XƏBƏR LENTİ