"Cəmiyyətdə başqa neqativlər olmasa, “reket jurnalistikası” da olmaz"
Biz “reket jurnalistikası” terminini müvəqqəti işlətmişdik”.
Yenisabah.az xəbər verir ki, bu fikirləri Mətbuat Şurasının sədri Əflatun Amaşov Lent.az-ın “Məndən soruş” layihəsində açıqlayıb.
O qeyd edib ki, “reket jurnalistika” ilə mübarizə öz müsbət təsirini göstərdi:
“Həyat çoxsahəlidir. “Reket jurnalistlər” də Azərbaycan vətəndaşlarıdır və Azərbaycan cəmiyyətinin ayrılmaz tərkib hissəsidir. Əgər cəmiyyətdə başqa neqativlər olmasa, əminəm ki, “reket jurnalistikası” da olmaz. Məsələn, əgər kimsə öz yerində düzgün işləyirsə, vergisini vaxtlı-vaxtında ödəyirsə, heç kimdən rüşvət almırsa, verilən tapşırıqları yerinə yetirirsə, onda onun əlavə yoxlamalara, sorğu-suala nə ehtiyacı var?
Əminəm ki, cəmiyyətdə bu sahədə böyük irəliləyişlər əldə olunub. Dünyanın hər yerində olduğu kimi Azərbaycanda da o sayaq jurnalistika uzun müddət qalacaq. Nə qədər mətbuat var “reket jurnalistikası” da ümumi jurnalistikanın tərkib hissəsi kimi fəaliyyət göstərəcək”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...