AZAL-ın “uçan” qiymətləri ilə bağlı ekspertdən hökümətə sual...
İqtisadçı Natiq Cəfərli Gürcüstandan və Azərbaycandan Avropaya uçuş qiymətləri arasında böyük fərqə diqqət çəkib. Novator.az-ın məlumatına görə, ekspert yazır ki, Macarıstanın “Wizz Air” şirkəti 1 iyul 2021-ci ildən Gürcüstanın Kutaisi hava limanından uçuşlarını bərpa edir:
“Şirkət aeroportdan Avropanın 6 şəhərinə, o cümlədən Çexiyanın paytaxtı Praqaya reyslər yerinə yetirəcək. Bilet qiymətlərinə baxdım. 4 iyuldan 11 iyula qədər Kutaisidən Praqaya biletin qiyməti 165 dollardır. Eyni tarixdə Bakıdan Praqaya Türk Hava Yolları ilə uçuş 1180 manata, yəni 694,1 dollara başa gəlir. Fərq 529 dolları ötür.
Hörmətli hökumət, hakimiyyət üçün qiymətli “Azərbaycan Hava Yolları”nın rəhbərliyi, biz nə vaxta qədər Gürcüstandakı qiymətlərə baxıb həsəd aparacağıq? Nə zamana qədər “Azərbaycan Hava Yolları”na olan yaxın münasibətə görə bu şirkəti maliyyələşdirəcək, hələ bir büdcədən dotasiya da aldığını, bunlara rəğmən ziyanla işlədiyini görüb təəccüblənəcəyik?! Bu məsələni həll etmək beləmi çətindir?”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...