SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Veteranların Müdafiə Nazirliyi qarşısında etirazı... - Vəziyyəti kimlər bu yerə gətirdi?

Veteranların Müdafiə Nazirliyi qarşısında etirazı... - Vəziyyəti kimlər bu yerə gətirdi?

Tarix:

30-06-2021, 17:02

/ 1 122 dəfə oxundu.
Veteranların Müdafiə Nazirliyi qarşısında etirazı... - Vəziyyəti kimlər bu yerə gətirdi?

Müdafiə Nazirliyinin müharibədən sonra sosial məsələrin həllində fəaliyyətini necə dəyərləndirmək olar?.. 

Hərbi ekspert: “Müharibədən az müddət sonra hamının medalla təltif olunması şərt deyil. Müharibədən illər keçəndən sonra da müharibə iştirakçıları medalla təltif oluna bilərlər”.
“Müdafiə Nazirliyinin müharibədən sonra sosial məsələrin həllindəki fəaliyyəti mürəkkəb prosesdir. Burada da narazı olan insanlar çoxdur”.
Bu sözləri hərbi ekspert Azad İsazadə Vətən Müharibəsində iştirak edən və medal ala bilməyən veteranların bir qrupunun dünən Müdafiə Nazirliyin binasının önünə toplaşaraq, etiraz etmələrini PİA.az-a şərh edərkən qeyd edib.
Xəbər verdiyimiz kimi Vətən Müharibəsində iştirak edən və medal ala bilməyən veteranların bir qrupu Müdafiə Nazirliyin binasının önünə toplaşaraq, etiraz etdilər. Müdafiə Nazirliyi isə həmin vətəndaşların qəbul edildiyi barədə məlumat yaydı.
Yayılan məlumatda deyilirdi ki, görüşdə vətəndaşlar dinlənildi və müraciətləri ilə bağlı ərizələr alınaraq məsələnin araşdırılması məqsədilə hərbi hissələrə müvafiq tapşırıqlar verildi.

Bundan əvvəl də çoxlu sayda müharibə iştirakçısı olan hərbiçimiz təltif məsələsindən narazı qalmışdı. Hətta ağır yara alan insanlar belə təltifdən kənarda qalmışdı. Hətta müharibədə iştirakına görə bir neçə medal alan qazimizə hələ də veteranlıq verilməyib və onlara gözləyin deyilir.
Təltiflə bağlı prosesi tam obyektiv və ədalətli hesab etmək olar və əgər bu prossesdə nöqsanlar varsa, ədalətin bərpası mümkündür? Vəziyyətin bu yerə gəlməsində kimlər günahkardır və Müdafiə Nazirliyinin müharibədən sonra sosial məsələrin həllində fəaliyyətini necə dəyərləndirmək olar?
Mövzunu PİA.az-ın əməkdaşı hərbi ekspert Azad İsazadə ilə müzakirə edib.

Azad İsazadə: “Cəmiyyətdə məmura qarşı inam az olduğuna görə insanlar əlillik dərəcəsinin düzgün verilib-verilməməsi barədə şübhə edirlər”.
Müdafiə Nazirliyinin vədindən sonra məsələ həllini tapsa da, yenə də kiminsə siyahıdan kənarda qalacağını qeyd edən ekspert PİA.az bildirib ki, problemin tam həlli üçün məsələni veteran təşkilatları öz nəzarətləri altında götürməlidirlər:
“Sözsüz ki, proses mənfi prosesdir, amma təbiidir. Bütün ölkələrdə müharibədən sonra bu proseslər olub. Müharibədən az müddət sonra hamının medalla təltif olunması şərt deyil. Müharibədən illər keçəndən sonra da müharibə iştirakçıları medalla təltif oluna bilərlər. Məsələn mən özümü misal çəkə bilərəm. Mən birinci Qarabağ müharibəsinin iştirakçısı və Müdafiə Nazirliyində qulluq etdiyimə görə 2001-ci ildə medalla təltif olunmuşdum. Bu medaldan mənim heç xəbərim də yox idi. Həmin medalı mən 15 il sonra 2016-cı ildə aldım.
Mən indiki bu məsələdə fərdi problemlərin olduğunu istisna etmirəm. Yəni komandir vaxtında siyahını vermir, yaxud da siyahıda kiminsə adı düzgün yazılmır və başqa problemlər olur. Mənim medalımda da ata adım səhv yazılmışdı deyə məni tapa bilməmişdilər. Sonradan onu düzəltdilər. Texniki və insan faktoru bu problemdə böyük rol oynayır.
Azad İsazadə: “Proses gedir və hərbiçilərin problemləri həll olunur. Amma bu problemlər kifayət qədər həll olunmur”.
Dünən Müdafiə Nazirliyi etiraz edənləri dinlədi. Nazirlik məsələnin baxılmasına və həllinin tapılmasına vəd verdi. Amma məsələ həllini tapsa da, yenə də kimsə siyahıdan kənarda qalacaq. Buna görə də narazılıq yəqin ki, daimi proses olacaq. Buna görə də düşünürəm ki, problemin tam həlli üçün veteran təşkilatları məsələni öz nəzarətləri altında götürməlidirlər. Çünki elə adam var müharibədə iştirak etməyib, amma medal alıb. Elə adam da var müharibə iştirak edib, amma medal almayıb. Bu məsələni həll etmək lazımdır. Buna görə də prosesi daimi nəzarət altında saxlamaq lazımdır.

Müdafiə Nazirliyinin müharibədən sonra sosial məsələrin həllindəki fəaliyyəti mürəkkəb prosesdir. Burada da narazı olan insanlar çoxdur. Amma narazı olan insanın işi ilə məşğul olmaq lazımdır. Yəni əlilliyin təyin edilməsi məsələsi şəffaf olmalıdır. Cəmiyyətdə məmura qarşı inam az olduğuna görə insanlar əlillik dərəcəsinin düzgün verilib-verilməməsi barədə şübhə edirlər.
Hesab edirəm ki, proses gedir və hərbiçilərin problemləri həll olunur. Amma bu problemlər kifayət qədər həll olunmur”.

Şərhlər

XƏBƏR LENTİ