SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Azərcell”in fəaliyyəti “tilova keçirilmiş soxulcana bənzəyir”…- Şirkət müştərini tora salmaq üçün hər oyuna gedir...

"Azərcell”in fəaliyyəti “tilova keçirilmiş soxulcana bənzəyir”…- Şirkət müştərini tora salmaq üçün hər oyuna gedir...

Tarix:

28-06-2021, 23:14

/ 917 dəfə oxundu.
"Azərcell”in fəaliyyəti “tilova keçirilmiş soxulcana bənzəyir”…- Şirkət müştərini tora salmaq üçün hər oyuna gedir...

4,5 milyon müştəridən xəbərsiz  10-15 qəpik pul tutsan  bu  500 min manatdan çox pul edir...

“Azercell”  şirkəti vergidən yayınırmı ? 

Azercell   Azərbaycan mobil rabitə şirkəti haqqında nələri bilirik ?  

Azercell Telekom MMC ən çox bazar payı və 4.5 milyondan çox abunəçi sayı olan  mobil operatorudur.
Şirkətin ilk təsisçiləri Türkiyənin “Türkcell”  şirkəti və Azərbaycan Respublikasının Rabitə Nazirliyi olub.
“Azercell Telekom”  BM 1996-cı ilin yanvarında təsis edilmiş və həmin ilin dekabrın 15-də Azərbaycanda ilk GSM operatoru kimi öz kommersiya fəaliyyətinə başlamışdır. 
1 aprel 2008-ci ildən etibarən “Azercell Telekom” MMC adlanmağa başlayıb.
Azercell beynəlxalq Telia Company şirkətlər qrupunun tərkibində olub. Telia Company-nın Avrasiyada mobil rabitə sahəsində telekommunikasiya holdinqlərindən biri olub.
Hal-hazırda Azercell ölkə əhalisinin 99,8 faizini  əhatə edir.
Şirkətin uzun müddət  prezidenti Vahid Mürsəliyev olub. Hazırda şirkətin prezidenti Zarina Zeynalovadır. 
Ümumiyyətlə, şirkətin özəlləşdirilməsi zamanı böyük qanun pozuntuları olub. 
Hətta  İsveçin TeliaSonera qrupu 2008-ci ildə Azercell şirkətinin özəlləşdirilməsi zamanı yüz milyonlarla dollar vəsaitin mənimsənilməsini “narahatedici əməliyyat” adlandırıb. 
Şirkər  hər zaman müştəri məmuniyyətindən danışsa da şirkətlə bağlı xeyli narazılıqlar və şikayətlər var. 
Bu narazılıqlar dəfələrlə  Milli Məclisdə deputatlar tərəfindən, eyni zamanda tanınmış şəxslər tərəfindən səsləndirilib. 
Azərbaycanın tanınmış şəxslərindən biri deyir ki,  Azərcell-in  fəaliyyəti  “tilova keçirilmiş  soxulcana bənzəyir”, yəni müştərini tora salmaq üçün hər oyuna gedir. 
Bir sözlə şirkətlə bağlı şikayətlər bitib tükənmək bilmir. 
Abonent şikayətlərinə görə “Azercell” mobil operatoru yeni nömrə alan müştərilərinin icazəsi olmadan və xəbərdarlıq edilmədən onları ödənişli kampaniyaya cəlb edir.
Ödənişli kampaniya olan bu xidmət qarşılığında isə abonentin balansından əlavə məbləğ tutulur. Bu durum müştərilərin haqlı narazılığına səbəb olub. Yəni müştərinin xəbəri olmadan onun balansından pul çıxılır. 
Təsəvvür edirsiniz  4,5 milyon müştəridən  10-15 qəpik pul tutsan  bu 500 min manatdan çox pul edir. 
Digər tərərəfdən “Azercell”in şəbəkəsində tez-tez problemlər yaşanır. Səbəbini soruşanda “Bizə yazılı müraciət edin” deməklə  sualdan yayınırlar. 
Məgər  5 milyon civarında müştəri yazılı müraciət etməlidir ? 
Şirkətin 211-lə başlayan mobil nömrələri yüksək vəzifəli məmurlara, onların övladlarına, biznesmenlərə çox baha qiymətə satması da hamıya məlumdur.
Azercell mediaya  cüzi pul  ayırmaqla  müstəqil medianın  ağzını yumur.  
Yəni  Azercell şirkəti qurumda baş verən neqativ halları, qanunsuz əməlləri cəmiyyətdən gizlətmək üçün media qurumları ilə şifahi və yazılı bazarlığa gedirlər. 
Təsəvvür edirsiniz şirkət   Azercell-ə  məxsus  777-77-77 nömrəsinin 70000 ( yetmiş min  ) manata satışa çıxarır. 
Azercell  bu bahalı nömrələri sataraq milyonlar qazanır. Bəs dövlət büdcəsinə nə ödənir ? Heç nə.
Görəsən, müvafiq qurumlar,  “Azercell” şirkətində niyə yoxlama apara bilmir ? 
Səbəb nədir ? Şirkətin özbaşınalığına son qoyulacaqmı ? 
Bu və digər suallar cəmiyyəti düşündürür.

gundelik-baku.com

Şərhlər

XƏBƏR LENTİ