SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » AztV-nin gənc rəhbərindən QOCAMAN YEYİNTİ... - İTTİHAM

AztV-nin gənc rəhbərindən QOCAMAN YEYİNTİ... - İTTİHAM

Tarix:

28-06-2021, 12:16

/ 820 dəfə oxundu.
AztV-nin gənc rəhbərindən QOCAMAN YEYİNTİ... - İTTİHAM

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də (AzTV) dövlətçiliyimizə zərbə vuran hadisələr baş verir. Əlbəttə, hər şey müvafiq dövlət strukturlarının nəzarəti altındadır. Amma AzTV-də son iki il yarımda baş verənlərə nəzər yetirsək, burada gedən prosesləri yumşaq desək, özbaşınalıq adlandırmaq olar. Bu günə qədər sosial şəbəkələrdə, media-portallarda Rövşən Məmmədovun sərt şəkildə tənqid olunması bir daha onu göstərdi ki, 2019-cu ilin yanvar ayının ortalarından sədr müavini kimi televiziyaya rəhbərlik edən Rövşən Məmmədov yarıtmaz idarəçiliyi ilə qısa zaman ərzində kollektiv arasında nüfuzunu itirib. Ranar Musayev, Nazilə Babayeva başda olmaqla yaxın çevrəsinin özbaşınalıqları, Əli Həsənovun təlimatı ilə həyata keçirdiyi “kadr islahatı” AzTV-nin cəmiyyətdə olan nüfuzuna da ciddi zərbə vurub.

Rövşən Məmmədovun “kreativ yanaşma” tezisi adı altında dövlət büdcəsindən ayrılan vəsaiti sağa-sola, mənasız işlərə xərcləməsi adının maxinasiyalarda və bir sıra qanunsuzluqlarda hallanmasına səbəb oldu. Onun rəhbərliyi altında AzTV-nin “İnformasiya Proqramları” studiyasının hazırladığı proqramlar televiziya tarixində görünməyən “ÇP”lərlə zənginləşdi. Peşəkar kadrların ləkələnərək uzaqlaşdırılması, dövlətçilk tərbiyəsinə, əxlaqına uyğun olmayan qərarların verilməsi AzTV-də xaos yaratdı. Həyat yoldaşı Ramilə Məmmədovanın yaxın qohumlarını komandasına daxil etməsi “Rövşən idarəçiliyi”nin pik həddinə çatdı. Arvadının əmisi, vaxtilə müfaviq dövlət strukturunun rəyinə əsasən AzTV-dən qovulmuş, “şunur daşıyan” ləqəbi ilə tanınan Xəlil Məmmədovun yenidən televiziyaya qaytarılması və əməkdar mühəndis, televiziyanın istehsalat prosesinin bilicisi sayılan Knyaz Mehdiyevin yerinə texniki direktor müavini vəzifəsinə təyin edilməsi kollektivdə böyük şok effekti yaratdı.

Televiziyanın texniki istehsalat birliyinin direktoru peşəkar Arzu Abdullayevin Xəzər televiziyasında çalışmış, Əli Həsənovun kadrlar bankında mühüm yer tutan Elnur Əlizadə ilə əvəzlənməsi kanalda proseslərin heç də yaxşılığa doğru inkişaf edəcəyinə zəmin yaratmırdı.

Elə buna görədir ki, mediada işdə hüquqları pozulan işçilər adından açıqlamalar tirajlanırdı. Hələ 2019-cu ildə Əli Həsənovun at oynatdığı vaxtlarda Rövşən Məmmədov haqqında bu iddialar əsas yer tuturdu:

“Söhbət AzTV-yə təyin olunan sədr əvəzi Rövşən Məmmədovun vəzifəyə keçəndən sonra şirkətdə illərlə işləyən peşəkar işçilərin başına açdığı oyunlardan gedir. Bu kəs (etdiyi əməllərə görə ona şəxs deməyə dilim belə gəlmir) özünü AzTV-də o qədər mənfi cəhətdən göstərib ki, TV tarixində ən bacarıqsız sədr kimi ad alacaq. İşə başladığı 5 ay müddətində bu kəs nə qədər tanıdığı dost-tanış, qohum-əqraba içində olmaqla nə az, nə çox, 238 yeni kadr işə götürüb və Azərbaycanın TV tarixində olan bütün sədrlər içində “rekord” qırıb”.

AzTV-də peşəkarların yerinə bu sahədə böyük təcrübəsi olmayan adamları işə götürmək adi hal alıb. Daha bir faktı nəzərinizə çatdıraq. Təsərrüfat İşləri Departamentinin direktoru Vüqar Bəşirov. O, uzun müddət aşpaz işləyib. İndi oxucular düşünə bilər ki, aşpazın belə bir vəzifəyə təyin olunması yəqin ki, onun qeyri-adi bacarığı ilə bağlı olub. Əslində, bu, belədir. Vüqar Bəşirovun qeyri-adi qabiliyyəti Rövşən Məmmədovla kirvə olmasıdır.

Rövşən Məmmədovun ən yaxın qohumlarından biri də televiziyanın bədii rəhbərinin müavini Məmmədov Rafael Zöhrab oğludur. Onun illik qonorarı 40 min manatdır. Kanalın Maliyyə və mühasibat uçotu Departamentinin direktoru Niyaməddin Quliyev də indiki sədrin arvadının yaxın qohumlarından sayılır.

Qonorarlar şöbəsinin müdiri Anar da sədrin həyat yoldaşı tərəfindən qohumudur. Dəhşətli hal orasıdır ki, xadimə qrupuna rəhbər belə Xəlil Məmmədovun arvadının qohumudur.

Bu yaxınlarda mətbuatda Rövşən Məmmədovun Fransa Prezidenti Emmanuel Makronla paralel müqayisəsinin aparılması məhz televiziya idarəçiliyində özündən yaşca çox böyük olan həyat yoldaşının dominantlığını obrazlaşdıran ifadə vasitəsi kimi də dəyərləndirilməlidir.

Üstü bəzək, içi təzək prinsipi ilə işləyən AzTV rəhbərliyi dövlət siyasətini kölgədə qoyan xəbər və materialları ilə də neçə dəfə gündəm yaradıb. Bu barədə xüsusi dayanmaq elə Rövşən Məmmədov səviyyəsinə enmək deməkdir. Öz fəaliyyəti ilə dövlət televiziyasını iflic edən Məmmədov hələ də bilmir ki, hansı quruma rəhbərlik edir və onun üzərinə hansı vəzifələr düşür. İşçiləri ilə kobud davranış, işçilərin haqlarının pozulması, yalnız yaxın çevrəsinə yüksək qonorarların yazılması, kollektivin əksəriyyətinin dolanışıq səviyyəsinin getdikcə azalması qurumda gedən özbaşınalığın yalnız bir hissəsidir. Keçirdiyi tenderlər, kotirovka sorğularında kütləvi maxinasiyalar haqqında mətbuatda kifayət qədər məlumat gedib. Əmək Məcəlləsinə uyğun olmayaraq, işçilərin haqsız yerə əməkhaqlarından pul tutulmaları isə başqa bir mövzudur.

Hazırda Azərbaycan Televiziyasında Hesablama Palatası ciddi yoxlamalara başlayıb. Təsadüfi deyil ki, yoxlamanın müddəti uzadılıb. Bu isə sözügedən televiziyada maliyyə pozuntularının həddən artıq çox olması ilə əlaqələndirilir.

Bizdə olan məlumatlara görə, televiziyada maliyyə pozuntuları ilə bağlı kifayət qədər faktlar müəyyənləşdirilib. Ərk elədikləri işçilərin kartlarına məqsədyönlü şəkildə əlavə pulların vurulması ilə bağlı onlarla hallar müəyyən edilib və araşdırma getdiyindən bunları hələ ki, açıqlamırıq.

Hələ çox məlumatları açıqlaya bilmirik. AzTV-də Əli Həsənovun “siyasi xətti”nin davam etməsini, televiziyanın daxilində dövlətçiliyimizin əsaslarını dağıdan halların çoxalmasını, Rövşən Məmmədovun Şuşada keçirilən tədbirlə bağlı dövlət məmurlarını və digər şəxsləri şantaj etmək cəhdlərini zaman – zaman işıqlandıracağıq.

Rövşən Məmmədovla bağlı çox şübhələr var. Zaman özü hər şeyə aydınlıq gətirəcək. Amma Məmmədov yalnız zamana arxalanmayıb, onu himayə edən qüvvələri də ciddiyə alıb. Amma unudub ki, Dövlət var və onun gözündən heç nə qaçmır.

Azerbaycanrealligi.com

Şərhlər

XƏBƏR LENTİ