“Nar” Silahlı Qüvvələr Gününü işğaldan azad edilmiş ərazidə xidmət edən əsgərlərlə birgə qeyd etdi
26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibətilə “Nar” növbəti dəfə Azərbaycan Ordusuna dəstək olub. Belə ki, mobil operator Müdafiə Nazirliyinin dəstəyi ilə işğaldan azad edilmiş ərazidə yerləşən “N” saylı hərbi hissəyə səfər edib və qalib əsgərlərlə görüşüb.
Bundan başqa, “Nar” əsgərlərin asudə vaxtının səmərəli təşkili üçün işğaldan azad edilmiş ərazilərdə yerləşən bir neçə hərbi hissəyə müxtəlif hədiyyələr və kitablar təqdim edib. Məqsəd Vətən keşiyində duran Müzəffər Ordumuzun əsgərlərinə olan hörməti bildirməkdir. Vətənə bağlılıq kimi vəzifələrə hər zaman həssas yanaşan mobil operator əsgərlərimizə mənəvi dəstək göstərməyi özünə borc bilir.
Qeyd edək ki, “Nar” işğaldan azad edilmiş ərazilərdə öz baza stansiyalarını da quraşdırmaqdadır. Artıq Şuşa, Cəbrayıl, Hadrut qəsəbəsi də daxil olmaqla, Xocavənd keyfiyyətli və kəsintisiz şəbəkə ilə əhatə olunub. İşğaldan azad edilmiş ərazilərin müasir və daimi şəbəkə infrastrukturu ilə təmin edilməsi mobil operatorun əsas prioritetlərindən biridir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...