Xətai icra hakimiyyətindən şübhəli tender - Şirkət yaranmamış necə fəaliyyət göstərib?
Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi (MKTB) yumşaq inventar və xüsusi geyimlərin satın alınması üzrə elan etdiyi müsabiqənin qalibini açıqlayıb.
Qalib şirkət “Koneks Consturction” MMC-dir. Satınalma müqaviləsinin maliyyə dəyəri 80 499.6 AZN-dir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “Koneks Construction” MMC-nin 27 noyabr 2019-cu ildə qeydiyyata alındığı göstərilir. Şirkətin nizamnamə kapitalı 10 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 39, mənzil 29-da yerləşən MMC-nin qanuni təmsilçisi Osmanlı Vahid Cuma oğludur.
Açıq mənbələrdə Vahid Osmanlı barəsində hər hansı məlumat yoxdur. “Koneks Constructions” MMC-yə gəlincə, şirkət bundan əvvəl də tenderlərdə iştirak edib.
MMC 25 fevral 2021-ci il tarixdə Bakı Dövlət Universiteti ilə 172 601.81 AZN, martın 12-də 155 257.04 AZN, may ayında isə Nəsimi rayon MKTB ilə 202 379. 50 AZN dəyərində satınalma müaviləsi imzalayıb. Mediada gedən məlumatlara görə, həmin vaxt şirkətin 904 AZN vergi borcu olub. “Dövlət Satınalmaları haqqında” qanun vergi borcu olan şirkətlərin tenderlərdə iştirakını qadağan edir. Amma hansısa səbəbdən bu qanun “Koneks Construction” MMC-yə aid edilməyib.
Açıq mənbələrdə qeyd edilir ki, şirkət 2016-cı ildən tikinti sektorunda fəaliyyət göstərir. Təsərrüfat malları, dəftərxana ləvazimatları, xüsusi geyimlərin satışı ilə məşğul olan və 2019-cu ildə yaradıldığı qeyd edilən şirkətin 2016-cı ildən inşaat sektorunda necə fəaliyyətdə olması maraq doğurur.
Hit.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək