Ünvanlı sosial yardım ayrılmasından imtinanın ağlasığmaz “səbəbi” - Boşanmış ata-ananın övladları ilə görüşməsi “sosial cinayət” sayılır
Pandemiya dövründə sosial müdafiəyə ehtiyacı olan şəxslərə 190 manatlıq yardım verilməsindən imtinaya elə əsaslar uyduruldu ki, sosial-iqtisadi məmurların fantaziyasına heyran qalmaqdan imtina etməyə əsas qalmadı. Təsəvvür edin, 20 ilə yaxın işsiz kimi Xətai rayonunda uçotda olan ali təhsilli xanıma məşğulluq xidməti bir günün içində 3 (!) iş yeri “tapıb” , amma vergi xidməti bu üçü heç edib “itirib”. Hər iki xidmətin “tapıb-itirmə” –“ gizlənpaç”oyunbazlığını yardımdan imtina amacı ilə uydurduğu şübhə doğurmur. Əcəb sosial hökumətdir, armudu, bağışlayın, yardımı yemək üçün min oyundan çıxır ! Ünvanlı sosial yardımların verilməsində elə oyunlar oynanılır ki, yardıma ehtiyacı olanlar qaçıb gizlənməkdən özgə yol tapmırlar!
Bakı şəhəri , Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq massivi, 86b ünvanında məskunlaşmış, işğaldan qurtulan Ağdamın Seyidli kəndindən məcburi köçkün ailəsi son bir ildə ünvanlı sosial yardım almaq üçün gerçək anlamda gizlənpaç oynamağa məcbur edilib. Bir ildən çoxdur özbaşına kəsilən yardımı bərpa etmək üçün boşanmış ailənin iki uşağının ata-anaları ilə görüşməsinə yoxlamaya gələn sosial məmurlar qadağa qoyub. Belə qadağanın hansı qanunda – qaydada , təlimatda nəzərdə tutulduğu açıqlanmır. Sosial məmurlar, sadəcə, evdə qıraq adam görsələr, onun da ailənin say tərkibinə qatılmalı olduğunu bildirirlər. (?) Belə sosial yardım siyasəti olar? Görün, insanları necə qorxudurlar? Ananı uşağı ilə bir yerdə tutmaq, heç demə, sosial cinayət sayılır !(?) . Elə bil insanlar məhbəsdədirlər, icazəsiz görüşüblər. İnsanlar elə duruma salınıb ki, polisdən, nadzordan qorxmur, sosial xidmət işçisi görəndə qorxur. Elə 2-ci dərəcəli əlilliyi olan Elçin İbrahimovun ailəsi kimi. Hələ də ünvanlı sosial yardım ayrılmasına xidmətçilər müsbət rəy verməyə tələsmir. Gecə-gündüz evi nəzarətdə saxlayan sosial müdafiə məmurları ailəni “cinayət” başında yaxalayıb yardımdan imtina etməyə “əsas” yoxlamasında- axtarışındadırlar . Sosial “kriminalistlər” evdə ayaq, təkər izlərindən tutmuş, zirzəmidə yatacağa kimi bitdə-bitdə axtarırlar . Elə bil, DTX, korrupsiya idarəsi məmur oliqarxların villalarında qızıl, valyuta axtarır !
Şişirtməyimizi düşünənlər yanılırlar . Fakt faktlığında qalır. Hələ də, nə illik yoxlama başa çatıb, nə də yardıma ehtiyacı olan ailənin yardımı bərpa edilib.
Məğrur Bədəlsoy
DİA.AZ

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb