“Həmsədr ölkələr ölkəmizdə təzyiq göstərməyə çalışırlar” - AÇIQLAMA
Azərbaycan XİN başçısı Ceyhun Bayramov ATƏT-in Baş Katibi Helqa Şmid ilə görüşüb. Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Görüş zamanı nazir Azərbaycanın ATƏT ilə əməkdaşlığa önəm verdiyini qeyd edib. Nazir 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanması ilə 30 il davam edən münaqişəyə son qoyulduğunu diqqətə çatdırıb. Bəyanatın hər iki ölkənin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün geniş imkanlar yarandığını vurğulayıb.
Tərəflər eyni zamanda, münaqişə sonrası bölgədə yaranan yeni vəziyyət, regionda baş verən proseslər, üçtərəfli bəyanatların icrası istiqamətində həyata keçirilən tədbirlər, ATƏT ilə əməkdaşlıq məsələləri, azad edilmiş ərazilərdə bərpa, yenidənqurma və reinteqrasiya prosesləri barədə fikir mübadiləsi aparıblar.
Görüş barədə “Sherg.az”a danışan politoq Tofiq Abbasovun sözlərinə görə, 44 günlük müharibə dönəmində ATƏT-i Azərbaycanın proseslərdə rolunun nədən ibarət olduğuna dair tez-tez məlumatlandırırdıq:
“Lakin qurum Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdən Ermənistana təzyiq göstərə bilmədi. Minsk qrupunun həmsədrləri bu prosesdən xəbərdar olsa da, bu, səmərə vermədi. Düşünürəm ki, Ceyhun Bayramov Azərbaycanın istəklərini ATƏT-in Baş katibinə çatdıracaq. Məsələn, Minsk qrupunun həmsədr ölkələri yenə də çalışırlar ki, ölkəmizdə təzyiq göstərsinlər. Bu, yolverilməzdir. Prezident İlham Əliyev son çıxışlarından birində söylədi ki, Ermənistana kömək etməyə hazırıq, lakin işğalçılıq siyasətindən birmənalı olaraq əl çəkməlidirlər. Ceyhun Bayramov bu məsələləri müzakirə etməklə həm də diqqətə çatdırıb ki, Azərbaycan öz prioritetlərindən dönmür və biz öhdəliklərimizə sadiqik!”.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb